Dağıstanda iğtişaşlar zamanı həbs edilən azərbaycanlılar sərbəst buraxıldı
Bu barədə yerli mətbuat Məhərrəmkənd rayon rəhbərliyinin açıqlamasına istinadla xəbər yayıb.
Qeyd olunur ki, hazırda Azərbaycan-Rusiya sərhədinə yaxın ərazidə yerləşən müvəqqəti yaşayış mərkəzində vəziyyət sakitdir.
Xatırladaq ki, iyunun 15-də Dağıstanda polislərlə azərbaycanlılar arasında baş verən iğtişaş nəticəsində on nəfər Azərbaycan vətəndaşı inzibati qaydada 10 gün müddətinə həbs edilmişdi.