Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev: “Region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq”

02.11.2020 15:53 1 362
İlham Əliyev: “Region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq”
“Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq”.

Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman bildirib.

Prezident qeyd edib ki, Azərbaycan ordusu artıq bir çox yaşayış məntəqəsini işğaldan azad edib:

“Hər həftə onlarla yaşayış məntəqəsi - kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilir. Müzəffər Azərbaycan ordusu öz uğurlu əməliyyatlarını davam etdirir. İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Tarixi abidələrimiz dağıdılıb, təhqir edilib”.

“Döyüş meydanında qarşımızda dayana bilməyən Ermənistan silahlı qüvvələri hər gün şəhər, kəndlərimizi atəşə tutur. Bir ay ərzində hücumlar nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır”, - deyə dövlət başçısı qeyd edib.

Prezident əlavə edib ki, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq:

“Heç kim bizim qarşımızda dayana bilməz və bu yoldan çəkindirə bilməz. Ermənistan atəşi dayandırsa, qalan torpaqlarımızdan qoşunlarının çıxarması ilə bağlı konkret öhdəliyi üzərinə götürsə, dayanmağa hazırıq”.

Son xəbərlər