Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Pakistanlı politoloq: Paşinyan Dağlıq Qarabağdakı müharibəni uduzub

31.10.2020 15:59 1 131
Pakistanlı politoloq: Paşinyan Dağlıq Qarabağdakı müharibəni uduzub
“Azərbaycanın dostları” dünyanın hər yerindən, ölkənin həqiqi dostu olan həmfikirlərin sosial şəbəkəsidir. Bu sosial şəbəkənin məqsədi onları vahid bir platformada birləşdirməkdir ki, birlikdə dünyaya xəbər verə bilək - Azərbaycanın ədalətə ehtiyacı var!

Media.Az-ın məlumatına görə, bu barədə pakistanlı politoloq, “Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Malik Ayub Sumbal deyib.

O, ədalətin bərqərar olması üçün Azərbaycanın 30 il gözlədiyini, ancaq dünyanın Ermənistanı BMT-nin dörd qətnaməsinə riayət etməyə məcbur edə bilmədiyini vurğulayıb:

“Layihə iştirakçıları beynəlxalq aləmə müxtəlif dinlərin, millətlərin nümayəndələrinin sülh və harmoniyada yaşadıqları Azərbaycan haqqında məlumat verirlər. Biz multikulturalizm və tolerantlıq prinsiplərinə əsaslanan Azərbaycanın dövlətçilik modelindən nümunə götürməyə çağırırıq”.

Beynəlxalq icmalçı bildirib ki, yaxın gələcəkdə dünyanın hər yerindən olan ziyalıların, elm adamlarının və gənclərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən “Bakı debatları” və “Bakı dialoqları” təşkil ediləcək.

““Azərbaycanın dostları” Bakıda olduğum müddətdə şəxsən gördüklərimi dünyaya göstərməyə çalışır”, - deyə müsahib əlavə edib.

O, Azərbaycanı insanların sülh şəraitində yaşamaq istədikləri bir ölkə olduğunu deyərək, Dağlıq Qarabağ işğal olunduqdan sonra bir milyon azərbaycanlı məcburi köçkünlə həmrəy olmağın vaxtı gəldiyini vurğulayıb.

“Onlar erməni işğalından azad edilmiş doğma torpaqlarına qayıtmaq istəyirlər”, -deyə siyasi analitik əlavə edib.

Pakistanlı politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın birmənalı olaraq Azərbaycan ordusunu, onun gücünü düzgün qiymətləndirmədiyini vurğulayıb.

“Bu gün hamı Ermənistanın baş nazirinin əleyhinədir. O, demək olar ki, Dağlıq Qarabağdakı müharibəni uduzub. Ermənistan tərəfindən atəşkəs razılaşmalarının daima pozulması isə Paşinyanın regional güclərin etibarını itirməsinə gətirib çıxardı”, - deyə Malik Ayub Sumbal sözlərini yekunlaşdırıb.
скачать dle 11.3
Mojo.az Banner