Mojo.az Banner
18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |     16:46 Boşandıqdan sonra eyni evdə yaşamaq məcburiyyətində qalanlar bunu bilməlidir  |     16:40 Mövsümi ucuzlaşma bitir: Meyvə-tərəvəz qiymətləri yenidən arta bilər  |     16:35 Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA  |     15:47 Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı  |     13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın XİN başçısı beynəlxalq ictimaiyyəti Ermənistanı sülhə sövq etməyə çağırıb

15.03.2024 12:47 1 458
Azərbaycanın XİN başçısı beynəlxalq ictimaiyyəti Ermənistanı sülhə sövq etməyə çağırıb
“Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə sövq etmək istiqamətində addımlar atmalıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.

O vurğulayıb ki, Ermənistan revanşist addımlardan çəkinməlidir.

Nazir bildirib ki, bu gün Türkiyə və Gürcüstandan olan həmkarları Hakan Fidan və İliya Darçiaşvili ilə görüşdə həm də Ermənistanla normallaşma prosesi, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, sülh quruculuğu sahəsində Azərbaycanın atdığı addımlar da müzakirə edilib.

“Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra sülh üçün tarixi imkan yaranıb. Sülh üçün beynəlxalq hüquq normalarına tam əməl olunmalıdır”, - XİN başçısı söyləyib.скачать dle 11.3
Mojo.az Banner