Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın iki universiteti dünyanın nüfuzlu reytinq cədvəlində yer alıb

09.10.2024 19:33 1 011
Azərbaycanın iki universiteti dünyanın nüfuzlu reytinq cədvəlində yer alıb
Azərbaycanın iki ali təhsil müəssisəsi dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qlobal reytinqdə Bakı Dövlət Universiteti də daxil olmaqla ümumilikdə Azərbaycanın 2 ali təhsil müəssisəsi yer alır.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyi arasında ölkədə ali təhsilin rəqabət qabiliyyətinin artırılması və qabaqcıl tədqiqat universitetlərinin yaradılması istiqamətində may ayından etibarən strateji tərəfdaşlıq davam edir.

THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Bati qeyd edir: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dünya universitetlərinin ən böyük və əhatəli qlobal reytinqinə daxil olmasını görmək çox gözəldir. Azərbaycan sosial təsirə malik dünya səviyyəli universitetlər yaratmaq məqsədilə ali təhsilin inkişafı üçün çox ciddi strateji hədəflər müəyyən edib. Ümid edirik ki, bu qətiyyət ölkənin ali təhsil müəssisələrinin “THE dünyanın ən yaxşı universitetlərinin reytinqi” və “THE Impact reytinqi”ndə sayının artmasına və mövqelərinin güclənməsinə təkan verəcək”.

Son xəbərlər