Qubada yaşayış yerini tərk edərək insanlar üçün təhlükə yaradan COVID-19 xəstəsi saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:19 Daha bir taksi sürücüsü müştərisinə qarşı dələduzluq edib  |     22:17 Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən  |     21:56 Professor Tamilla Məmmədova vəfat etdi  |     21:48 Bu rayonda yas verilməsi ləğv edildi  |     21:42 Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     21:40 Goranboyda maşın evə çırpıldı - Xəsarət alanlar var  |     21:33 Nikkei nəşri Yalçın Rəfiyevlə müsahibəni dərc edib  |     21:28 Tamilla Məmmədova vəfat etdi  |     21:00 Uğurlu uşaq böyütmək üçün 5 tövsiyə  |     20:53 Ukrayna Rusiyanın "Kinjal" daşıyan MiQ-31 təyyarəsini Savasleyka aerodromunda vurdu  |     20:47 Qlobal istiləşmənin əsas səbəbi açıqlandı  |     20:41 Cəlilabadda xırdabuynuzlu heyvanlar kütləvi şəkildə tələf olur  |     20:36 DSX-nin hərbçisi Biləsuvarda dəfn olunub  |     20:30 "Mərkəzi Asiya - Çin" sammiti iyunun 16-17-də Astanada keçiriləcək  |     20:23 Azərbaycan millisinin sabiq futbolçusu: "Uğursuzluq tilsimini Macarıstanla oyunda qırmaq çətin olar"  |     20:18 Peskov: Rusiya və Ukrayna danışıqları davam etdirməlidir  |     20:11 Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır  |     20:05 Paytaxtda ticarət dövriyyəsinin həcmi 5 %-ə yaxın artıb  |     19:58 Sabah bəzi ərazilərdə yağış yağacaq  |     19:50 Bu ilin 4 ayında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 19 %-dən çox artıb  |    

Qubada yaşayış yerini tərk edərək insanlar üçün təhlükə yaradan COVID-19 xəstəsi saxlanılıb

Qubada koronavirus xəstəsi yaşayış yerini tərk edərək insanlar üçün real təhlükə yaradıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Gülbaba Abdullayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan G.Abdullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            621 26.10.20 19:55