Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın Gəncəyə hərbi təcavüzü ilə bağlı bir sıra ölkə və beynəlxalq təşkilatlara məktub göndərilib

14.10.2020 19:45 1 533
Ermənistanın Gəncəyə hərbi təcavüzü ilə bağlı bir sıra ölkə və beynəlxalq təşkilatlara məktub göndərilib
Ermənistan hərbi-siyasi rəhbərliyinin Gəncədəki mülki obyekt və şəxslərə qarşı törətdiyi terror aktını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Avropa İdman Şəhərləri və Paytaxtları Federasiyasına, Avropa Gənclər Forumuna, müxtəlif illərdə Avropanın gənclər paytaxları olmuş 12 şəhərin merlərinə, habelə Koreyanın Qvanqju şəhərinin rəhbərliyinə məktub göndərilib.

Məktubda bildirilir:

“Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı raket atəşinə tutulur. 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri daha bir terror törədiblər. Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub.

Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, beşi qadın olmaqla 10 nəfər həlak olub, altısı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Ümumilikdə 4 oktyabr 2020-ci il tarixindən indiyədək Gəncədə 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 7 yaşayış binası tamamilə dağılıb, Grand-Qafqaz Ticarət Kompleksinə və 100-lərlə obyektə ciddi ziyan dəyib.

10 oktyabr 2020-ci tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada baş tutan görüşün nəticəsi olaraq elan edilən humanitar atəşkəs rejimi Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən kobudcasına pozulur. Erməni tərəfi humanitar atəşkəsin elə ilk dəqiqələrindən beynəlxalq humanitar hüququn öhdəliklərini pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf alır, raket və artilleriya atəşinə tutur.

Beləliklə, Ermənistanın Gəncəyə teror aktı nəticəsində üç uşaq hər iki valideynini itirib. Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələrə, dini məbədlərə, mədəniyyət obyektlərinə, habelə təhsil müəssisələrinə ciddi ziyan dəyib. Belə ki,1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, XIV əsrin “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi, vaxtı ilə “Kişi gimnaziyası” kimi fəaliyyət göstərən, hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə və Nizami kinoteatrı zərər görüb. Beş məktəb və altı Körpələr evi-uşaq bağçası, həmçinin Gəncə Musiqi Kollecinin binasına ciddi ziyan dəyib.

Məktubda o da qeyd ounub ki, bu tip müharibə cinayətləri və terror aktlarına beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiyanın olmaması, erməni tərəfinin cəzasız qalması, Ermənistan Silahlı Qüvvələrini bu çirkin və qanunsuz əməlləri davam etdirməyə təşviq edəcək. Bu hərəkət Ermənistanın humanitar atəşkəsə riayət etmədiyinin, hərbi təcavüz və Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək niyyətinin bariz təzahürüdür. Biz Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar qanunlar üzərindəki öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çəkilməsinə dair tələbləri yerinə yetirməyə çağırırıq”.

Son xəbərlər