Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tələbə-gənclər qurumları mötəbər beynəlxalq təşkilatlara ermənilərdən şikayət ünvanladı

24.10.2020 21:56 1 443
Tələbə-gənclər qurumları mötəbər beynəlxalq təşkilatlara ermənilərdən şikayət ünvanladı
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tələbələr və Məzunlar Platforması Ermənistan silahlı qüvvələrinin cəbhəyanı yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dinc əhalinin, xüsusilə də gənclərin və uşaqların qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlayıb.

Müraciətlərdə Ermənistanın siyasi və hərbi rəhbərliyinin birbaşa göstərişi ilə Azərbaycanın döyüş bölgəsindən yüzlərlə kilometrlər uzaqlıqda yerləşən yaşayış məntəqələrinin ağır artilleriya və taktiki-ballistik raket sistemləri vasitəsilə atəşə tutulması barədə məlumat verilir və bildirilir ki, daha iki nəfər gənc erməni tərəfinin hərbi cinayətlərinin qurbanı olub.

Qeyd olunub ki, Tərtər rayonunun Kəbirli kənd sakini, 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu “Smerç” raketləri ilə həyata keçirilən atəş zamanı yaşadığı evin həyətində öldürülüb. 13 yaşlı Rusiya Federasiyası vətəndaşı, Gəncə şəhərində qonaq olan Mayakov Artur Vladimiroviç isə 17 oktyabr tarixində Gəncə şəhərinin “Skad” raketləri ilə atəşə tutulması nəticəsində aldığı yaralardan müalicə olunduğu xəstəxanada bu gün vəfat edib.

Vurğulanıb ki, müharibəyə və hərbi əməliyyatların gedişinə heç bir aidiyyəti olmayan dinc mülki insanların, o cümlədən uşaq və gənclərin hədəf alınması Ermənistan rəhbərliyinin çirkin və insanlıq qanunlarından uzaq siyasətinin mahiyyətini ortaya qoyur. Ermənistan dinc vətəndaşlarımızı qətlə yetirməklə və mülki obyektləri dağıtmaqla döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmağa çalışır.

Müraciətlərin sonunda dünya ictimaiyyəti Ermənistanı bu qeyri-insani hərəkətlərinə görə qəti şəkildə pisləməyə, törətdiyi müharibə cinayətlərinə görə bu ölkəni məsuliyyətə cəlb etməyə, eləcə də bölgədə sülhün bərqərar edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırılır.скачать dle 11.3
Mojo.az Banner