Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı BMT-nin Uşaq Fonduna müraciət ünvanlandı

28.10.2020 14:24 948
Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı BMT-nin Uşaq Fonduna müraciət ünvanlandı
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fonduna müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq 27 oktyabr 2020-ci il tarxində günorta saatlarından başlayaraq Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində 4 nəfər dinc sakin həyatını itirib, 14 nəfər yaralanıb. Qətlə yetirilənlərdən 1-i, xəsarət alanlardan 4-ü azyaşlıdır.

2020-ci il sentyabrın 27-sindən başlayaraq həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq edilən hərbi cinayətlər nəticəsində 36 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib. Bu Ermənistan hərbi-siyasi rəhbərliyinin terrorçu əməllərinin növbəti təzahürüdür.

Ermənistanın işğalçı siyasi əməlləri bununla bitmir. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan beynəlxalq humanitar hüququn ən elementar normalarına məhəl qoymayaraq uşaqları hərbi əməliyyatlara cəlb edir.

Bununla Ermənistan hökuməti “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və Konvensiyanın Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakültativ Protokolu, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyanı, eləcə də “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini kobud surətdə pozur.

Yuxarıda qeyd edilən məqamlar Ermənistanın beynəlxalq hüququn prinsiplərinə, sənədlərdən irəli gələn öhdəliklərə nə dərəcədə laqeyd və etinasız yanaşdığının göstəricisidir.

30 ildir davam edən silahlı münaqişə şəraitində Ermənistanın dəfələrlə dinc əhalinin, xüsusən də uşaqların qəsdinə yönələn amansız cinayət əməllərinə hələ də heç bir beynəlxalq hüquqi sanksiyanın tətbiq edilməməsi törətdikləri cinayətlərin daha ağır hal alması ilə nəticələnir.

Bunları nəzərə alaraq, biz bütün beynəlxalq təşkilatları Ermənistan tərəfindən törədilən qanunsuz əməllərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan hərəkətlərinə lazımi hüquqi qiymət verməyə çağırırıq” .скачать dle 11.3
Mojo.az Banner