Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş infeksionist: “Ölkədə koronavirusa yoluxma faktı artıb, bu gözlənilirdi”

13.10.2020 14:36 1 968
Baş infeksionist: “Ölkədə koronavirusa yoluxma faktı artıb, bu gözlənilirdi”
Artıq payız-qış mövsümü başlayır və bir sıra kəskin respirator xəstəliklərin artımı gözlənilir. O ki, qaldı koronavirusa, yay aylarından bu günə qədər müşahidə edilən COVİD-19 infeksiyası ilə bağlı da yoluxmaların artacağı istisna edilmir.

Bu barədə Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, havaların soyuması, mövsümi respirator virusların artımı və koronovirusla bağlı vəziyyətin nəzarətdə saxlanılması üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb:

“Bu gün koronavirusa yoluxma ilə bağlı faktlar artıb. Biz bunu gözləyirdik. Ümumiyyətlə xəstəliklər əksər hallarda soyuq havalarda artır. Bu bir tərəfdən insanlardan asılı olmayan bir məqamdır. Birinci növbədə günəş şüalarının azlığı və açıq mühitlərdə virusları öldürməməsidir.

Havanın temperaturunun dəyişkən olması, soyuq hava şəraiti ilə bağlı insanların qapalı məkanlara toplaşması, məkanlarda pəncərələrin qapalı saxlanılması və s. səbəblər xəstəliyin yayılmasını sürətləndirir. Bununla yanaşı soyuq havalarda yuxarı tənəffüs orqanlarında damarlar büzülür və bu da ona gətirib çıxarır ki, selikli qişaların müqaviməti azalır. Paralel olaraq davranış qaydaları, gigiyenik normalara əməl edilməməsi, ictimai yerlərdə qoruyucu vasitələrdən müvafiq qaydada istifadə olunmaması xəstəliyin daha da sürətli yayılmasına zəmin yaradır”.

Yoluxmanın artmasına səbəb olan amillər sırasında son günlər əhalinin Azərbaycan ordusunun düşmən üzərində qazandığı qələbəyə sevinərək küçələrə çıxmasını da qeyd edən T.Eyvazov insanları bu kimi məqamlarda karantin qaydalarına daha ciddi əməl etməyə səsləyib:

“Azərbaycan ordusuna dəstək məqsədilə gənclərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısına yığışması, heç bir qoruyucu maskalardan istifadə etməməsi, sosial məsafəni gözləməməsi koronavirusa yoluxmanın artmasına gətirib çıxarıb. Bu gün hökumət öz resurslarını iki istiqamətdə - koronavirusla mübarizəyə və torpaqlarımız uğrunda gedən müharibəyə ayırıb.

İnsanlar koronavirusa bir qədər laqeyd yanaşmağa başlayıblar. Maskalardan istifadə ciddi şəkildə azalıb. Dayanacaqlarda, ictimai nəqliyyat vasitələrində karantin qaydalarına əməl olunmur. Bu istər koronovirusla bağlı dalğalanma adlandırılsın, istərsə də ikinci dalğa, bütün hallarda yoluxmanın artacağı gözlənilirdi. Bunun qarşısının alınması üçün isə hansı qaydalara əməl olunmalıdır, bilirik. Bu barədə dəfələrlə maarifləndirici xarakterli məlumatlar paylaşılıb və paylaşılmağa da davam edir. Bu istiqamətdə nəzarət ciddi şəkildə gücləndirilməlidir”.

“Respublika üzrə bəzi məktəblərin distant təhsilə keçirilməsi, uşaqlar arasında yaranan sıxlığın qarşısının alınması üçündür. Uşaqlar koronavirusu simptomsuz keçirsə də, daşıyıcı kimi onlar ciddi təhlükə yarada bilər. İnfeksiyanın sürətlə yayılmasında isə onların rolu kifayət qədər çoxdur”, - deyə baş infeksionist sonda qeyd edib.

Son xəbərlər