Baş infeksionist: “Eyni anda həm qripə, həm də koronavirusa yoluxma orqanizmə ciddi ziyan vura bilər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:58 İyunun 30-dan Rusiyaya giriş qaydaları dəyişir  |     16:55 18 yaşlı əsgərin ölməsi faktı üzrə CİNAYƏT İŞİ BAŞLANILDI  |     16:33 Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olub  |     15:52 Salyanda qızı qaçıranlar onun atasının başını yardılar  |     15:22 Şəmkirdə 29 yaşlı oğlanı elektrik cərəyanı vurub  |     14:40 Malayziyada dəhşətli qəza: Xeyli sayda tələbə həlak oldu  |     13:58 NBA final seriyasında ümumi hesab bərabərləşdi  |     12:56 Sabah bu ərazilərə yağış yağacaq  |     12:47 Volodimir Zelenski: "Biz Vladimir Putini Donald Trampdan daha yaxşı tanıyırıq"  |     12:22 Həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb  |     12:20 Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb  |     12:19 "Real" 16 yaşlı futbolçunu transfer edəcək  |     12:19 Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib  |     12:19 Dünya bazarlarında neft ucuzlaşıb  |     12:17 Rusiya şəhərinin meri rüşvət almaqda şübhəli bilinərək SAXLANILDI  |     12:16 Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"  |     12:14 Bakıda orta aylıq əməkhaqqı doqquz faizdən çox artıb  |     12:13 Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxslə bağlı QƏRAR  |     12:12 Hind okeanının cənubunda GÜCLÜ ZƏLZƏLƏLƏR davam edir  |     12:11 Abituriyentlərin NƏZƏRİNƏ: İkinci cəhd imtahanı ilə bağlı qeydiyyatın vaxtı UZADILDI  |    

Baş infeksionist: “Eyni anda həm qripə, həm də koronavirusa yoluxma orqanizmə ciddi ziyan vura bilər”

Hər ötən gün koronovirusa yoluxma halı artır. Təəssüf ki bu, yaxşı hal deyil.

Bu barədə Azərbaycanın Baş infeksionisti Təyyar Eyvazov məlumat verib.

O bildirib ki, hazırda ölkədə koronovirusla bağlı vəziyyət sirr deyil, ictimaiyyətə daim məlumat verilir:

“Biz görürük ki, son vaxtlar ölkədə koronavirusa yoluxmanın sayı artır. Təəssüf ki bu, arzuolunan hal deyil. Bu artımın bir səbəbi havaların soyuması, iqlim dəyişikliyidirsə, digər səbəblər insanlardan asılıdır. Cəmiyyətdə insanlar daha çox qapalı vəziyyətdədir və təmas artır.

Yoluxmanın artmasına səbəb insanların yaxın məsafədə bir-biri ilə təmasda olmasıdır. Qapalı məkanlarda havalandırma yoxdur və bu təhlükə riski yaradır. Gərək biz ilk olaraq özümüzü, bununla yanaşı ailəmizi, cəmiyyətin digər üzvlərini qorumuş oluruq”.

T.Eyvazov qrip əleyhinə pevyəndlərlə bağlı məqama da toxunub:

“Bəzi insanlar bu peyvəndləri dəstəkləmir, bəziləri isə bir qədər ehtiyat edir. İnsanların peyvəndlərə qarşı münasibəti fərqlidir, amma insanların çoxu qrip əleyhinə peyvəndi alqışlayır. Hər il respirator viruslar artır. Ona görə bu il qrip əleyhinə peyvəndlərin vurulması daha vacibdir. Respirator virusun bu mövsümdə daha çox yayılması gözlənilir. Yəni təsəvvür edin ki, biz həm qripə, həm də koronavirusa eyni və ya fərqli vaxtda yoluxa bilərəik. Nəticə etibarı ilə orqanizmin zədələnmə ehtimalı daha geniş ola bilər”.

“Peyvənd qrip əleyhinədir və onun vurulması bizim qrip olma ehtimalımızı aradan qaldıracaq. Bu da o deməkdir ki, əgər insan xəstələnsə birmənalı olaraq diqqət koronovirus və digər respirator ehtimallarına yönəldiləcək”, - deyə baş infeksionist qeyd edib.

Xatırladaq ki, ötən gün Azərbaycanda koronavirusa (COVID-19) 2259 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər vəfat edib. COVID-19-a yoluxanlardan 1101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            681 16.11.20 19:00