Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Maskadan istifadə edilməsi qripə yoluxma hallarının azalmasına səbəb olub

26.02.2021 21:44 1 374
Maskadan istifadə edilməsi qripə yoluxma hallarının azalmasına səbəb olub
Pandemiya şəraitində yaşadığımız dövrdə maska həyatımızın əsas aksesuarına çevrilib. Mütəxəssislərin dediyinə görə, gündəlik həyatda istifadə edilən tibbi maskalar nəinki yeni növ koronavirus (COVID-19) infeksiyasından, hətta yayılma təhlükəsi olan digər mövsümi xəstəliklərdən də qoruyur.

Hər il payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma halı artır. Həkimlər bildirirlər ki, son dövrdə mövsümi xəstəliklərin sayı azalıb. Maskadan istifadə, eləcə də digər karantin qaydalarına əməl olunması xüsusilə qripə yoluxmanın qarşısını alır.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bununla əlaqədar olaraq deyib: "Hər il yanvar-fevral aylarında qripin tüğyan etdiyi dövrü yaşayırdıq. İndi demək olar ki, belə hallar müşahidə edilmir. Hələ oktyabr-noyabr aylarında əhalinin təxminən 400 min nəfəri Səhiyyə Nazirliyinin göstərişi ilə dövlət hesabına qrip əleyhinə vaksinasiya edilib. Təbii ki, bu, xəstəliyin profilaktikasına öz təsirini göstərib".

Lakin bu müsbət tendensiya arxayınçılıq hiss yaratmamalıdır, əks halda infeksiyaya yoluxma halı arta bilər. Ona görə də maskadan düzgün istifadə, gigiyenik qaydalara riayət və sosial məsafənin qorunması əsas şərtlərdən biri olaraq qalmalıdır.скачать dle 11.3
Mojo.az Banner