Mojo.az Banner
16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?

07.11.2024 17:17 822
Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə xüsusi karantin rejimi davam edir. Həmçinin, ölkəmiz gələn həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Payız aylarında virusların aktivliyini və ölkəmizə çox sayda qonaqların gələcəyini nəzərə alsaq, koronavirusa yoluxma hallarının yenidən arta biləcəyi ilə bağlı sual yaranır.

Yoluxma sayının artmaması üçün nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı Bizim.media-ya danışan həkim Rasif Bağırov deyib ki, hazırda koronavirusa yoluxanlara rast gəlinmir:

"COP29-la bağlı müəyyən tədbirlər görülür. Əgər Azərbaycanda koronavirus varsa, havanın isti və soyuq olmasından asılı olmayaraq, yoluxma sayı arta bilər. Bu virus soyuğa və istiyə baxmır. Sadəcə, soyuq havalarda virusların yayılma ehtimalı bir az çox olur, yaxud onların fəaliyyəti üçün daha yaxşı şərait yaranır. Hazırda respublikada koronavirus deyilən xəstəliyə rast gəlmirik. İndi laboratoriyaların çoxunda COVID-19-u yoxlayan testlər var. Yuxarı tənəffüs yollarında problemlərlə bağlı həkimlərə müraciət edən xəstələr bu testlərdən keçə bilərlər".

Terapevt soyuq havalarda səhiyyə mərkəzlərinin nəzarəti artıra biləcəyini bildirib:

"Virusun müəyyən konsentrasiyası var, əgər o, normadan artıq olursa, onda artıq çox ciddi tədbirlər, hətta qapanma belə ola bilər. Amma mən elə bir prosesin olacağını güman etmirəm. Virus bir canlı orqanizmdir, əgər bu canlı orqanizm indiyədək həkimlər və ya əhali arasında ciddi narahatlıq yaratmayıbsa, demək ki, koronavirusa rast gəlmərik. Yəni soyuq havalarda adi soyuqdəymələr də ola bilər".скачать dle 11.3
Mojo.az Banner