Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:12 Azərbaycanda ən yüksək pensiya bu rayonda verilir | 21:05 Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlandı | 21:00 50 kq-dan artıq narkotik maddə ilə tutulan şəxsə ağır cəza verildi | 20:52 470 hektar ərazi minalardan təmizlənib | 20:47 "TikTok"a görə bıçaqlanan qadının əri, atası və qardaşları da həbsdə imiş | 20:40 Azərbaycan fındığı Çin bazarında - VİDEO | 20:35 Sabunçuda gəncin dönər yemək istəyi ölümünə səbəb oldu | 20:33 İranda 120 nəfər spirtli içkidən zəhərləndi, ölənlər var | 20:26 Bakıda “By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb | 20:18 Dünyaca məşhur "Bvlgari" brendinin rəhbəri VƏFAT ETDİ | 20:09 Azərbaycanda bu oyuncaqların satışı QADAĞAN EDİLİR | 20:00 "Nvidia" şirkətinin baş direktoru vəzifəsinə qayıtdı | 19:57 Sabah bəzi ərazilərdə qaz kəsiləcək | 19:52 İnterpol insan alverində və terrorçuluqda ittiham olunan iki azərbaycanlı qadını axtarır | 19:38 Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı | 19:28 Neftçalada boru partladı, rayon susuz qaldı | 19:13 Rafiq Əliyevə məxsus binası dördüncü dəfə hərraca çıxarılır | 18:46 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? | 18:11 50 kq-dan çox narkotik maddə ilə tutulan şəxsə ağır cəza | 17:58 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar |
Mojo.az Avto
Mojo.az Avto

XİN: “Almaniya Xarici İşlər nazirinin Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması təəssüf doğurur”

08.10.2020 13:55 1 487
XİN: “Almaniya Xarici İşlər nazirinin Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması təəssüf doğurur”
Almaniya Xarici İşlər naziri Heiko Maasın atəşkəsə çağırış və Azərbaycana təzyiq göstərilməsi barədə açıqlaması ciddi təəssüf və təəccüb doğurur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Nazirlik qeyd edir ki, birtərəfli qaydada atəşkəsə çağırışlar münaqişənin köklü həllinə deyil, işğala əsaslanan status-kvonun saxlanmasına xidmət edir. Bundestaq üzvlərindən biri haqlı olaraq Almaniya Xarici İşlər nazirinə “atəşkəs problemin həlli deyil” - deyə sualla müraciət edib. İşğalçı dövlət olan Ermənistana təzyiq göstərilməlidir.

“Almaniyanın da üzvü olduğu Minsk Qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti atəşkəsin davamlı sülhə çevrilməsinə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasına və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına xidmət etməyib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması barədə tələblərinin həyata keçirilməsi üçün hər hansı ciddi tədbirlər görülməyib.

Təəssüflə onu da qeyd edək ki, ATƏT-in və Minsk Qrupunun üzvü kimi Azərbaycanın dəfələrlə Almaniyaya müraciət etməsinə baxmayaraq, Almaniya tərəfindən münaqişənin həlli istiqamətində xüsusi fəallıq göstərilməyib.

Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədində Aİ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsbit olunub. Aİ-nin aparıcı ölkəsi olan Almaniya sanki bu sənəddən xəbərsizdir.

Ona görə də atəşkəs çağırışları BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən konkret qrafik əsasında çıxarılmasını nəzərdə tutan planla müşayiət olunmalıdır. Yalnız bu halda atəşkəs davamlı sülhə çevrilə bilər.

Vurğulayırıq ki, Azərbaycan öz ərazilərində Ermənistanın təcavüzünə cavab olaraq əks həmlələr həyata keçirir.

Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və işğala son qoyulması Azərbaycan xalqının haqlı tələbidir.

İndiki şəraitdə Azərbaycana hər hansı təzyiqlərin göstərilməsi barədə açıqlamanı ədalətsiz və haqsız hesab edirik.

Almaniyanı Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etmək üçün Ermənistana təzyiqlər göstərməyə, ədalətli mövqe tutmağa çağırırıq.

Son xəbərlər