Mojo.az Banner
13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan XİN: Mnatsakanyanın ittiham cəhdləri riyakar siyasətin daha bir bariz nümunəsidir

16.10.2020 23:18 1 083
Azərbaycan XİN: Mnatsakanyanın ittiham cəhdləri riyakar siyasətin daha bir bariz nümunəsidir
“Ermənistan xarici işlər nazirinin yunanıstanlı həmkarı ilə mətbuat brifinqi zamanı verdiyi açıqlamada Azərbaycan və Türkiyəni bölgəni gərginləşdirməkdə ittiham cəhdləri ölkəmizə qarşı təcavüz siyasəti aparan Ermənistanın riyakar siyasətinin daha bir bariz nümunəsidir”.

Bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan xarici işlər nazirinin 16 oktyabr 2020-ci il tarixli mətbuat brifinqində verdiyi açıqlamaya dair şərhində yer alıb:

“Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququna əsaslanaraq Azərbaycanın mülki əhalisini müdafiə edir və Azərbaycan Respublikasının suveren torpağında əks-hücum tədbirləri həyata keçirir. Ermənistanın silahlı qüvvələri isə 30 ilə yaxın bir müddət ərzində Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu saxlayaraq, Ermənistanın işğalçılıq siyasətinin nəticələrini möhkəmləndirmək məqsədi güdür.

Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, mülki Azərbaycan əhalisinə qarşı davamlı məqsədyönlü hücumları, humanitar atəşkəsi kobud şəkildə pozması, o cümlədən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinə ciddi mülki itkilərlə nəticələnən raket hücumları açıq şəkildə nümayiş etdirir ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil, əksinə, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışır. Ermənistanın öz ərazilərindən Azərbaycan şəhərlərini atəşə tutması başqa cür izah oluna bilməz.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etmək və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin tələblərini yerinə yetirmək əvəzinə, atəşkəs pərdəsi altında yeni bir təcavüzə əl atması son dərəcə təəssüf hissi doğurur.

Ermənistanın rəhbərliyi 47 nəfər dinc sakinin öldürülməsi və 222 nəfərin yaralanması ilə nəticələnən Azərbaycanın dinc əhalisinə qarşı edilmiş hücumlara görə məsuliyyət daşıyır. Xarici işlər naziri Mnatsakanyan bilməlidir ki, bu hücumlar beynəlxalq hüquqa görə müharibə cinayətləridir və onu törədənlər fərdi cinayət məsuliyyəti daşıyırlar.

Ermənistan bölgədəki vəziyyətin gərginləşməsinə görə başqalarını günahlandırmağa son verməli və silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxararaq münaqişənin həlli və bölgədə sülhün təmin olunması üçün mahiyyət üzrə danışıqlara başlamalıdır”.скачать dle 11.3
Mojo.az Banner