Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

COVID-19 haqqında məşhur miflər açıqlanıb

03.10.2020 14:44 894
COVID-19 haqqında məşhur miflər açıqlanıb
Araşdırmalar göstərir ki, bütün viruslar yalnız hüceyrələrin içərisində çoxalır. Selikli qişada (burun və ağızda) reseptorlar olan hüceyrələr var, virus onlardan keçərək hüceyrənin içinə daxil olur. Bir neçə dəqiqə, maksimum bir saat ərzində virus selikli qişanın səthinə çıxa bilər.

“Komsomolskaya Pravda”nın məlumatına görə, bu barədə Rusiyanın Seçenov Universitetinin pulmonoloqu Vladimir Beketov məşhur bir videonu koronavirusdan qorunma tövsiyələrini şərh edərkən bildirib.

Video müəllifləri iddia edirlər ki, yoluxmadan sonra virus 4-6 gün tüpürcəkdə və selikdə qalır.

Beketov isə, bu fərziyyənin respirator virus infeksiyaların inkişaf mexanizmi ilə heç bir əlaqəsi olmadığını bildirib.

“Yüksək infeksion dozada virus mütləq hüceyrələrə nüfuz edir, çoxalır və bütün bədənə yayılır. Xəstə insanlarla təmasdan sonra ilk 2-3 gündə bəzi insanlarda intoksikasiya sindromu və COVID-19-un ilkin təzahürləri - qızdırma, boğaz ağrısı, əzələ ağrıları və s. yaranır. Bu, koronavirusun burun boşluğunda və ağızda 4-6 gün qala biləcəyi tezisini tamamilə rədd edir”.

Digər bir saxta tövsiyə burun-udlağı soda məhlulu ilə yaxalamaq və onun buxarı ilə inhalyasiyadır.

Həkimin sözlərinə görə, soda məhlulunun buxarı ilə inhalyasiya yuxarı tənəffüs yollarının ciddi qıcıqlanmasına səbəb ola bilər:

“Hazırda burun boşluğunu yumaq üçün apteklərdə daha etibarlı analoqlar var”.

Pulmonoloq bildirib ki, insan üçün xoşagəlməz və diskomfort olan temperaturda məhlulla inhalyasiya ilə selikli qişanı yandırmaq olar.

“Bu, viral hissəciklərin selikli qişaya nüfuz etməsindən daha böyük zərər verər”, - deyə pulmonoloq əlavə edib.

Mütəxəssis sözlərini yekunlaşdırarkən internetdə yayımlanan şübhəli videolara inanmamağı və xəstəliyin ilk simptomlarında həkimə müraciəti tövsiyə edib.

Son xəbərlər