Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Roza ilə Miri Yusif arasında QALMAQAL: “Sən müğənni deyilsən, sadə ol” - VİDEO

25.09.2020 14:22 1 371
Roza ilə Miri Yusif arasında QALMAQAL: “Sən müğənni deyilsən, sadə ol” - VİDEO
Müğənni Roza Zərgərli Xalq artisti Miri Yusif barədə qalmaqallı açıqlama verib.

Lent.az-ın canlı yayımında qonaq olan R.Zərgərli bildirib ki, M.Yusifi müğənni hesab etmir:

“Mən Miri Yusifə qulaq asa bilmirəm. Ona “Dəyirman” qrupu vaxtında qulaq asa bilirdim. Onun bir “Ad günü” mahnısını bilirəm. Onun yaradıcılığını izləmirəm. Mən repə 24 saat qulaq asa bilərəm. Məsələn, Elşad Xoseyə 24 saat qulaq asaram. Əslində Miri Yusif başqa şeylərə görə məndə qıcıq yaradır. Ağac nə qədər bar versə, başını aşağı salmalıdır.

Miri Yusiflə münasibətim yaxşıdır, amma bu iradı deməliyəm. Mən solo konsert verəndə “Dəyirman” qrupu konsertimin fasiləsində səhnəyə çıxırdı. O konsertimə Aygün Kazımova, Elşad Xose də gəlmişdi. Miri Yusif əvvəldən ulduzluq xəstəliyinə tutulub. İnsan irəlilədikcə daha sadə olmalıdır. O qrupda olanda mən solo fəaliyyət göstərirdim, mən dəyişmədim ki? Bu, artıq mənim insanlıq xüsusiyyətimdir.

Miri Yusif müğənni deyil, o, musiqili rep janrını oxuyur. O janrı da Elşad Xosedən əvvəl və sonra oxuyan görmədim. İndi bunun haqqında danışdım, deyəcək ki, özünə reklam qazanmaq istəyir. Camaat mənlə özünü reklam edir, mənə belə reklam lazım deyil. Ətrafımda olan çox insan məndən çəkinir. Çünki bilirlər ki, mən sözü üzə deyən adamam”.

Qeyd edək ki, sözügedən mövzuya aşağıdakı videonun 34-cü dəqiqəsindən sonra baxa bilərsiniz.

Son xəbərlər