Miri Yusif üç günlük solo konsert barədə danışdı
Median.Az-ın xəbərinə görə, bu haqda "SS-production" şirkətinin "İnstagram" səhifəsində video məlumat yerləşdirilib. Hazırlanan videoda Miri Yusif yaradıcılığı barədə danışıb.
Müğənni həmçinin konsertə gələn pərəstişkarlarını yeni mahnılarla sevindirəcəyini də vəd edib.
Qeyd edək ki, iyunun 7-9-u tarixlərində Miri Yusifin "Yaşıl teatr"da konserti keçiriləcək.
