Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bakıda məktəb-liseylərin formaları bahalaşdı - Şalvar 39 manat oldu  |     22:55 Bu il uşaqlara ən çox qoyulan oğlan və qız adları (SİYAHI)  |     22:48 "Kirayəçi" dələduzların bazarı açıldı: Tələbələr Bakıya gəlir, belə tələyə düşür  |     22:40 Dünyada ət qiymətləri rekord həddə çatdı - Səbəb nədir?  |     22:34 Azərbaycanlı milyonçu bloqer vergi qalmaqalına görə yenidən gündəmdə  |     22:27 "Zahranur" şirkətinə 10 000 manat maliyyə sanksiyası tətbiq edildi  |     22:21 Tarixin ən güclü 5 zəlzələsi: Yer üzünü sarsıdan fəlakətlər  |     22:16 Rektor: "İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər"  |     22:10 Azərbaycana məxsus sərnişin təyyarəsi beş ildən sonra ilk dəfə Təbrizdə enib - Video  |     22:03 Yol qəzasından sonra baş verən insidentlə bağlı AÇIQLAMA  |     21:58 Bu kafedə istehlaka yararsız məhsullar aşkarlandı  |     21:52 Sumqayıtda bərbərxana yandı  |     21:47 Bakıda yolun ortasında ilan - VİDEO  |     21:41 Gürcüstan Prezidenti onları əfv etdi  |     21:34 Gəncədə 9 mərtəbəli binada yanğın oldu  |     21:29 Siçan yeni doğulan körpələri dişləyib öldürdü - VİDEO  |     21:22 Sabah Bakıda yağış yağacaq  |     21:15 Yaponiya Ukraynaya qoşun göndərməkdən imtina edib  |     20:59 Göz qanaması ilə başlayan gizli virus yayılır  |     20:53 Bu market qanunsuz işləyirmiş  |    

Sabahdan ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır

Tələbə adı qazanmış şəxslər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 407 24.09.20 14:32