Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Zibil poliqonundan ətrafa yayılan təhlükə

18.09.2020 21:42 1 552
Zibil poliqonundan ətrafa yayılan təhlükə
Lənkəran rayonunda məişət tullantılarının atıldığı zibil poliqonundakı antisanitar vəziyyət ətrafda yaşayan sakinləri narahat edir.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, bu zibil poliqonu 1980-ci ildə yaradılıb.

Vaxtilə burada kiçik bir sahədə məişət tullantılarının emalı müəssisəsinin yaradılması nəzərdə tutulsa da, lakin sonra icra olunmayıb. 40 il ərzində burada yığılan məişət tullantılarının səmərəli şəkildə utilizasiyası mümkün olmadığından nəticədə Göyşaban, Ürgə və Girdəni kəndlərinin ekoloji vəziyyətinə və ümumilikdə ətraf mühitə təhlükə yaranır.

Biz hələ ərazidə tullantılarla qidalanan mal-qaradan, bu heyvanlardan alınan ət və süd məhsullarının keyfiyyətindən, sağlamlığımız üçün yarana biləcək təhlükədən, torpağın və havanın nə qədər zəhərlənməsindən, eləcə də suötürücü kollektorlara axan çirkabın Xəzərə tökülərək ekoloji fəlakətlərə yol açmasından danışmırıq.

Lənkəran Şəhər İcra Hakimiyyətindən “Report”un Cənub Mərkəzinə verilən məlumata görə, ərazidə məişət tullantılarının utilizasiyası üçün müasir standartlara cavab verən zavod tikiləcək:

“2020-2023-cü illərin Dövlət İnvestisiya Proqramında Lənkəran rayonunda məişət tullantılarının utilizasiyası üçün zavodun tikintisi nəzərdə tutulub. Zavod fəaliyyətə başladıqdan sonra orada istehsal gücü 10 min m3 olan məişət və qeyri-məişət tullantılarının utilizasiyası mümkün olacaq”.

Son xəbərlər