Mojo.az Banner
20:20 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     20:06 Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia - Video  |     20:00 Baloğlan Əşrəfovun oğlu: "Atama qarşı haqsızlıqlar çox oldu"  |     19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |    
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Əlizadə: “Sumqayıtda məişət tullantılarının yandırılması problemi tam həll olunmayıb”

25.08.2020 23:59 1 595
Hikmət Əlizadə: “Sumqayıtda məişət tullantılarının yandırılması problemi tam həll olunmayıb”
Sumqayıt şəhərində gündə 2 min kub metr, şəhər ətrafı ərazilərdə isə min kub metr məişət tullantısı formalaşır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi Facebook səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, toplanan məişət tullantıları Sumqayıt şəhər poliqonuna daşınır:

“Razıyıq ki, məişət tullantılarının yandırılması məsələsi aktualdır və bu sizin qədər bizi də narahat edir. Bu məsələ qismən öz həllini tapsa da, tamamilə həll olunmayıb. Sumqayıt şəhər poliqonunun ərazisi və idarəolunması ətraf mühitə cavabdeh bir qurum kimi bizi də qane etmir. Bunun sübutu olaraq, cari ilin 7 ayı ərzində həmin poliqon və idarəedilmə prosesində yol verilən məsələlər barədə inzibati sənədləşmə həyata keçirilib, 15 min manat cərimə tətbiq edilib. Bu hələ məsələnin həlli deyil. Sumqayıt sənaye şəhəridir və yaxın zamanlarda Sumqayıtda müasir poliqonun yaradılması üçün işlər aparılır”.

H. Əlizadə ölkə başçısının plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılması ilə bağlı sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfdaşları ilə birgə pilot layihəyə start veriləcəyini də qeyd edib.

“Artıq bu istiqamətdə hazırlıq işləri başa çatıb. Bu layihə çərçivəsində 6 ay müddətində Sumqayıtın bir neçə mikrorayonunda məişət tullantılarının çeşidlənməsi ilə bağlı işlər aparılacaq. Bu çeşidlənmə nəticəsində plastik və digər mənşəli məişət tullantıları təkrar emal sexlərinə gedəcək. Fikrimcə, bu həm Sumqayıt ərazisində gələcəkdə məişət tullantılarının çeşidlənməsi, qablaşdırılması üçün böyük təkan olacaq, həm də poliqonun idarə edilməsinə müsbət təsir edəcək. Belə ki, tullantıların həcminin müəyyən qədər azalacağını düşünürük”, - deyə ETSN rəsmisi bildirib.скачать dle 11.3
Mojo.az Banner