Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən Sumqayıtdakı kəskin qoxunun səbəbi ilə bağlı açıqlama

03.08.2021 16:49 1 695
Nazirlikdən Sumqayıtdakı kəskin qoxunun səbəbi ilə bağlı açıqlama
“Çox təəssüflə qeyd etməliyik ki, Sumqayıt şəhərində havanın tüstülü olması, bunun bəzən iy və qoxu ilə müşayiət olunması atmosferin vaxtaşırı çirklənməsi ilə müşahidə olunur”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, məsələ barədə dəfələrlə ETSN tərəfindən Sumqayıt məişət tullantılarının idarə olunması poliqonunda ciddi nöqsanların olduğu yerli icra orqanlarının nəzərinə çatdırılıb:

“Həmin poliqonun idarə edilməsi ilə məşğul olan “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC cərimələnib. Təkcə 2020-ci ildə bu poliqonu idarə edən hüquqi şəxs 6 800 manat cərimələnib, dəfələrlə məcburi göstəriş verilib.

2021-ci ilin yeddi ayında beş akt, iki inzibati protokol tərtib edilib. Son dəfə isə yenidən bir neçə gün öncə 4 800 manat məbləğində cərimə tədbiri tətbiq edilib. Lakin bu cərimələrlə problem həllini tapmır.

Bu gün biz həmin əraziləri monitorinq etdik və müəyyən edildi ki, orada yanğın baş verməsə belə, dəm qazının miqdarı normadan dəfələrlə artıqdır. Bunun da nəticəsində tüstülənmə baş verir ki, öz növbəsində bu da şəhər ərazisində xoşagəlməz iy qoxunun yayılmasına gətirib çıxarır”.

O qeyd edib ki, bu məsələni həll etmək üçün ilk növbədə müasir tələblərə cavab verən poliqon yaradılmalıdır:

“Bundan əlavə məişət tullantıları çeşidlənməlidir. Bu halda indiki müşayiət etdiyimiz problem olmayacaq. Məişət tullantılarının necə gəldi basdırılması nəticəsində torpağın alt qatlarında gedən proseslər nəticəsində öz-özünə alışma baş verir.

Bilirsiniz ki, Balaxanıda müasir standartlara cavab verən tullantıların idarə edilməsi poliqonu fəaliyyət göstərir. Əgər Sumqayıtda belə bir poliqonun yaradılmasına hazırda maddi imkan yoxdursa belə, yerli icra orqanları tullantıların Balaxanı poliqonuna daşınması haqqında düşünə bilər.

Həmçinin bəzi müəssisələr bizim quruma da müraciət edib ki, tullantıların yandırılması üçün onlarda şərait var. Həmin müəssisələrlə danışıqlar aparıla bilər.

Müəyyən pilot layihələr hazırlaya bilərlər. Məsələn, keçən ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 37 regionda 250 nöqtədə plastik tullantıların yığılması üçün konteynerlərin quraşdırılması, onların çeşidlənməsi sahəsində pilot layihə həyata keçirir. Tullantıların idarə olunması sahəsində də bu cür pilot layihələr həyata keçirilə bilər”.

Qeyd edək ki, Sumqayıtda uzun müddətdir havanın tüstülü olması bəzən iy və qoxu ilə bunun müşayiət olunması barədə məlumatlar yayılır.скачать dle 11.3
Mojo.az Banner