Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu il III qrup üzrə 12286 yerə 15368 iddiaçı var

11.09.2020 13:02 1 780
Bu il III qrup üzrə 12286 yerə 15368 iddiaçı var
“III qrupa digər qruplardan fərqli olaraq daha çox abituriyent imtahan verib. Bu il onların sayı 21410 nəfər olub”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə üçüncü ixtisas qrupu üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar “Facebook”da canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, III qrupda ötən il olan bəzi ixtisaslar çıxarılıb, yeni ixtisaslar əlavə edilib:

“Müsabiqəyə buraxılma şərtləri bütün qruplarda olduğu kimi bu qrupda da eynidir. III ixtisas qrupu üzrə 12286 plan yeri var. 200-dən çox bal toplayan və bütün şərtləri ödəyərək müsabiqəyə buraxılanların sayı isə 15368 nəfərdir. Bu o deməkdir ki, 3082 nəfər qəbul olmayacaq. Çünki, qəbul plan yerlərindən asılıdır”.

Son xəbərlər