Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq - AÇIQLAMA

10.09.2020 18:11 2 439
Ali məktəblərdə II qrup üzrə yerlər boş qalacaq - AÇIQLAMA
II ixtisas qrupu üzrə ümumilikdə 13 min 800 yer ayrılıb, həmin yerlərə 13 min 442 abituriyent seçim edə bilər.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar canlı yayımda deyib.

O bildirib ki, bununla bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 4 saylı buraxılışında əks olunub:

“II ixtisas qrupu üzrə ümumilikdə 13 min 800 yer ayrılıb. Onlardan 12 min 795 əyani, 1005-i isə qiyabi yerlərdir. Jurnalda ötən il ilə müqayisədə plan yerləri və ixtisaslarla bağlı dəyişikliklər də qeyd olunub. Bu il II ixtisas qrupu üzrə “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb. Bu ixtisas üzrə 570 plan yeri ayrılıb. Məsələn, ötən il “Turizm və Otelçilik” ixtisası üzrə 1070 yer olub, bu il isə belə bir ixtisas artıq yoxdur. Amma turizmə aid iki ixtisas əlavə olunub. Onlardan biri 235 plan yeri ayrılan “Turizm bələdçiliyi” ixtisası və 990 plan yeri ayrılan “Turizm işinin təşkili” ixtisasıdır. Bu il təxminən ümumilikdə ayrılan 1200 plan yeri, ötən ilki 70 yeri əvəz edir”.

M.Abbaszadə həmçinin abituriyentlərin yığdıqları ballar üzrə seçim edə biləcəklərini qeyd edib:

“İlk növbədə regionlarda yoxsa paytaxtda oxumaq istədiyinizə qərar verib, daha sonra topladığınız bal əsasında yerlər seçməlisiz. Seçimi düzgün etməklə, keçid ballarını ötən ilki keçid balları ilə müqayisə etməklə uyğun ixtisasları seçə bilərsiz. Ümumilikdə II ixtisas qrup üzrə 13 min 800 yer ayrılıb ki, onlardan 12 min 795-i əyani yer, 1005-i isə qiyabi yerlərdir”.скачать dle 11.3
Mojo.az Banner