Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şəmkirdə zəncirvari qəza baş verib, xəsarət alanlar var

10.09.2020 22:00 1 434
Şəmkirdə zəncirvari qəza baş verib, xəsarət alanlar var
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qasımallar kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını “Mercedec” markalı avtomobillə toqquşub.

İdarəetmədən çıxan “VAZ 2107” markalı minik maşını sonra “Isuzu” markalı avtomobilə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər