Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Göygöldə minik maşını dirəyə çırpılıb, xəsarət alan var

29.03.2025 19:39 771
Göygöldə minik maşını dirəyə çırpılıb, xəsarət alan var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Apa-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunda, Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

"Mercedec" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ışıq dirəyinə çırpılıb. Qəza nəticəsində 2004-cü il təvəllüdlü N.Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Avtomobilə və elektrik təsərrüfatına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər