Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Smartfonun batareyasının tez boşalmasının səbəbi açıqlanıb

29.08.2020 14:40 2 936
Smartfonun batareyasının tez boşalmasının səbəbi açıqlanıb
Smartfonun batareyası mobil siqnalın zəif olması da daxil olmaqla bir çox amillərə görə tez tükənə bilər.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bildirib.

Onun sözlərinə görə, batareya həm də arxa planda işləyən proqramlar, fon rejimində işləyən proseslər, batareyanın temperaturunun çox aşağı olması, həmçinin “smart saat” kimi daşına bilən “ağıllı” cihazlarla məlumatların sinxronizasiyasına görə sürətlə boşala bilər.

“Bunun niyə baş verdiyini anlamaq üçün əvvəlcə hansı proqramların arxa planda işlədiyini yoxlamaq lazımdır. Məsələn, bu, proqramların tez-tez “buludla” sinxronizasiya edilməsi, məlumatları istifadəçinin digər cihazlarına göndərilməsinə görə ola bilər. “Android” və “iOS”-da buna “Ayarlar”ın “Batareya” bölümündə baxmaq olar”, - deyə ekspert bildirib.

V.Qritsenko qeyd edib ki, “Android” smartfon istehsalçıları hazırda arxa plandakı proqramların həddindən artıq güc istehlakı ilə mübarizə aparırlar və əksər hallarda hazırda istifadə edilməyən bütün proqramları zorla dayandırırlar. Ancaq o, bu addımı dəstəkləməyərək, belə tədbirlərin buraxılmış mesajlar və zənglər kimi bir sıra narahatlıqlara səbəb olduğunu deyib.

“Smartfon “ağıllı saatla” birlikdə istifadə edilərsə və əldə xarici batareya yoxdursa, ancaq telefonun daha uzun müddət işləməsi lazımdırsa, “Bluetooth”u söndürməyə cəhd edə bilərsiniz. Bu zaman “ağıllı saat” smartfondan ayrı işləyir. Düzdür, “ağıllı saat”ın bildiriş alması dayanır, ancaq bu addım təcili vəziyyətdə batareyanın ömrünü uzatmağa kömək edir”.

Smartfonun akumlyatorunun tez boşalmasına səbəb olan başqa bir amil küçədə soyuq havadır. Belə telefonlarda istifadə olunan litium-ion batareyaların gücü soyuq havalarda azalır.

“Əgər batareya köhnəlibsə və bir neçə dəqiqə olsa belə şaxtalı havada istifadə edilirsə, cihazınız sönə bilər. Onu istiləşdirməyə cəhd edə bilərsiniz, ancaq bunu saç qurutma maşını və ya istilik batareyaları üzərində etməməlisiniz. Həddindən artıq yüksək temperatur batareyaya zərərlidir", - deyə V.Qritsenko sözlərini tamamlayıb.

Son xəbərlər