Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Smartfonun batareyası çox qızırsa, nələrə fikir vermək lazımdır?

01.09.2020 20:09 1 101
Smartfonun batareyası çox qızırsa, nələrə fikir vermək lazımdır?
Tətbiqlərin işləməsi üçün kifayət qədər keyfiyyətli rabitə olmasa, qadjetlər qıza bilər. Belə ki, yüksək sürətli internetə çıxış olmadıqda, tətbiqlər çox sayda sorğu göndərir, buna görə həm telefon çox qızır, həm də batareyası tez tükənir.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyada “Rəqəmsal platforma” Muxtar qeyri-kommersiya təşkilatnın baş direktoru Arseniy Şeltsin bildirib.

Onun sözlərinə görə, smartfon müxtəlif funksiyalardan - internet, “Wi-Fi”, “Bluetooth” və GPS-dən aktiv istifadə edərkən də prosessor həddindən artıq isinə bilər:

“Cihazların fasiləyə ehtiyacı var və bəzən bir müddət üçün söndürülməlidir”.

Telefon tətbiqlərdə proqram səhvlərinə görə də qıza bilər, bu zaman tətbiq bağlanmalıdır.

“Batareyanın həddindən artıq qızması orijinal olmayan şarj cihazının istifadəsi və ya batareyanın nasazlığı səbəbindən ola bilər”, - deyə mütəxəssis əlavə edib.

Şeltsin qadjetə su daxil olmasının da isinməyə səbəb ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu vəziyyətdə telefon təmirə aparılmalıdır.скачать dle 11.3
Mojo.az Banner