Mojo.az Banner
17:06 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular  |     16:40 Ukraynaya yeni PUA və raketlər alınması üçün milyardlarla avro ayrıldı  |     16:24 Bakıda 12 gün komada qalan körpə xilas olundu  |     16:15 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar  |     16:13 Qızıl yenidən bahalaşdı  |     16:12 Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”  |     15:37 Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB  |     15:20 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub  |     15:18 Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı  |     15:11 Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI  |     15:09 Könül Həmzəyeva məhkəmədə: "Maşınımı 50 min dollara satıb pulunu götürdü"  |     15:07 Faiq Ağayev: Canlı səsi heç bir süni intellekt əvəz edə bilməz  |     15:04 Nəcməddin Sadıkova 21 min manatlıq stəkan alan polkovnikin məhkəməsi başladı  |     13:06 Azərbaycan millisinin heyəti açıqlanıb  |     13:04 Bu gün Azərbaycanda Milli Musiqi Günüdür  |     13:02 Tbilisinin uşaq bağçalarında kütləvi zəhərlənmə  |     13:00 DSX-nin tarixinə düşən general vəfat etdi - FOTO  |     12:53 “Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”  |     12:52 Azərbaycan vətəndaşlarının banklarda nə qədər pulu var? - Rəqəmlər açıqlandı  |     12:51 Novxanıda içməli su küçəyə axır - Sakinlərdən şikayət - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

26.08.2020 19:50 2 722
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2020-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabineti sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.скачать dle 11.3
Mojo.az Banner