Mojo.az Banner
15:46 Ağdərədə atla minaya düşən şəxs danışdı - VİDEO  |     15:42 Bakıda dostların zarafatı məhkəmədə bitdi  |     15:34 "Real Madrid" onunla bağlı son qərarını verdi  |     15:29 Bu şəxslərin maaşı 35 faiz artacaq  |     15:23 Bu sahədə maaşlar 4 min manatdan yuxarıdır  |     14:56 Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi - VİDEO  |     14:54 Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb  |     14:39 Yol polisi sürücülərə müraciət etdi  |     14:29 Qayınanası şillə vurduğu üçün arvadını boğdu - Ağstafadakı dəhşətli cinayətin təfərrüatı  |     14:17 Şirvanda oğurluq edən şəxs saxlanılıb  |     14:11 Azərbaycan futbolunda yayın ən bahalı transferləri - SİYAHI  |     14:07 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik  |     13:49 Rusiya ordusu Ukraynda bir kəndə nəzarəti təmin edib  |     13:29 Sabah 33 dərəcə isti olacaq  |     13:15 Azərbaycan neftinin qiyməti 120 dolları ötdü  |     13:11 İş adamı qəfil vəfat etdi  |     13:02 "Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq  |     23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

03.09.2021 18:31 2 052
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılır.

Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılır.скачать dle 11.3
Mojo.az Banner