Mojo.az Banner
18:23 Azad olunan Martin Ryan Fransaya yollandı  |     18:08 Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI  |     17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |     17:53 Qadını zorlayaraq öldürən şəxslərə AĞIR CƏZA  |     17:41 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb  |     17:28 Hörmüz boğazında ticarət gəmisi vuruldu: Yaralılar var  |     17:16 MİDA 13 obyektini hərraca çıxarır  |     16:55 Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     16:12 “Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ  |     16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |     16:09 Bakının mərkəzində skuterdən yıxılan 42 yaşlı kişi ölüb.  |     16:07 Gecəyarı valideynini küçəyə atan oğul HƏBS EDİLDİ  |     16:04 Bakıda avtomobil piyadanı vurdu - Sürücü vəfat etdi  |     16:02 Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...  |     16:00 Özünüməşğulluq proqramı işsizliyi azaldırmı? – İqtisadçıdan SƏRT AÇIQLAMA  |     15:53 Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır  |     15:47 Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı  |     15:36 “Sabah verəcəyik” deyib maaşınızı aylarla gecikdirirlər? – 25 min manatadək CƏRİMƏ  |     15:27 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü  |     13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Artıq çəkili insanlarda koronavirusun ağır gedişatının səbəbi açıqlandı

20.08.2020 12:05 1 433
Artıq çəkili insanlarda koronavirusun ağır gedişatının səbəbi açıqlandı
Həkimlər artıq çəkili insanların COVID-19-u ağır keçirmələrinin səbəbini açıqlayıblar.

Tədqiqatçıların fikrincə, piy hüceyrələri koronavirusun çoxalmasına şərait yaradır və immunitet sisteminin cavab reaksiyasına zərər vurur.

Bu barədə Almaniyanın həftəlik “Die Zeit” qəzetində məlumat verilib.

Nəşr qeyd edir ki, pandemiyanın ilk dövrlərində elm adamları köklük ilə koronavirus infeksiyası arasında mümkün əlaqə barədə az şey bilirdilər. Yeni araşdırmalara görə, artıq çəki COVID-19-u ağır keçirmə riskini artırır. Həmçinin məlum olub ki, piylənmə problemi olan koronavirus xəstələri ağciyərlərin süni ventilyasiyası aparatına daha çox məruz qalırlar.

Müqəddəs Frensis Xəstəxanasının baş həkimi Karsten Müssiqin sözlərinə görə, bu cür statistikaya dair bir neçə izah var.

“Piy hüceyrələri müəyyən hormonlar və ya oxşar substansiyalar istehsal edirlər. Onlardan bəziləri iltihab doğurur”, - deyə həkim izah edib.

Müssiqin sözlərinə görə, artıq çəkili insanlarda tez-tez xroniki iltihab müşahidə olunur ki, o, əvvəlcə piy hüceyrələrindən başlasa da, müəyyən vaxtdan sonra digər orqanlara da keçə bilər.скачать dle 11.3
Mojo.az Banner