Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:15 Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb  |     17:58 Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT - 900-dən çox gəmi kursunu itirdi  |     17:52 Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb  |     17:50 Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır?  |     17:49 Bakıda FACİƏ: Dörd yaşlı qız səkkizinci mərtəbədən yıxılıb öldü  |     17:42 İrandan təxliyə edilən rusiyalı nümayəndələrin hoteldə qalma xərclərini Azərbaycan qarşılayıb  |     16:31 Ağsuda məktəb direktoru VƏFAT ETDİ  |     15:02 Aktrisa onu skuterlə vuran kuryerdən "qan pulu" tələb edir  |     14:45 Xaçmazda mənzildən meyit tapılıb  |     14:21 Avtomobili vurub işıqfora çırpıldı, hadisə yerindən qaçdı - Bakıdakı qəzanın VİDEOSU  |     14:01 40-dan çox Azərbaycan vətəndaşı İrandan təxliyə edilib - Aralarında diplomatlar da var  |     14:00 Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq  |     13:57 İsrailə növbəti raket hücumu Yəməndən oldu  |     13:56 KİV: İsrailin raket hücumu başlayan kimi Əli Xamenei bunkerə təxliyə olunub  |     13:56 Eltac Səfərli 152 şahmatçının yarışdığı turnirdə İKİNCİ OLDU  |     13:55 Neftin qiyməti 130 dollara qədər arta bilər  |     13:54 İranın raket atəşləri səbəbindən İsraildəki yeraltı sığınacaqlar dağılıb  |     13:54 İranda "İsrail casusu" dar ağacından asıldı  |     13:52 Yevlaxda 39 il əvvəl vəfat edən qadının ölüm faktı qeydə alınıb  |     13:51 İranın nüvə obyekti ərazisində zəlzələ olub  |    

Azərbaycanda açıq havada fəaliyyət göstərən kafe və restoranların açılmasına icazə verildi - RƏSMİ + VİDEO

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də, restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.

Bu qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.

İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur.

İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən, dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.

Qərara əsasən fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 217 15.08.20 14:02