Mojo.az Banner
16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |     16:46 Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı  |     16:45 Korrupsiya barədə məlumat verən şəxsin qazandığı mükafatdan vergi tutulacaq?  |     16:39 İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – AÇIQLAMA  |     16:37 Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama  |     16:24 Korrupsiyanı xəbər verən şəxs həlak olarsa, ailəsi 20 min manat alacaq  |     16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni məktəb binaları inşa olunur - VİDEO

08.08.2020 13:28 1 476
Yeni məktəb binaları inşa olunur - VİDEO
Son illərdə Lənkəranda 50-dək məktəb üçün yeni binalar tikilib, təmir-bərpa işləri aparılıb.

Baku TV xəbər verir ki, 264 şagird yerlik Gəgiran kənd orta məktəbinin yeni binasının tikintisinə ötən ilin iyul ayından başlanılıb.

1972-cü ildə tikilmiş köhnə bina sökülüb, yerində üç mərtəbədən ibarət yeni bina inşa olunub. Köhnə məktəb binasının yararsız hala düşməsi, sinif otaqlarının qışda soyuq olması tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Yeni və müasir infrastruktura malik məktəb binası isə bu kimi çətinlikləri aradan qaldıracaq.

Binada tikinti-quraşdırma, konstruksiya işləri başa çatıb. Elektrik, istilik xətləri çəkilib, pəncərələr qoyulub. Məktəbin dam örtüyündə də aparılan işlər yekunlaşıb. Hazırda əsas inşaat işləri binanın içərisində aparılır.

21 otaqdan ibarət olacaq məktəbdə kitabxana, yeməkxana, akt zalı və fənn laboratoriyaları fəaliyyət göstərəcək. Yeni məktəb binasının tikilməsini kənd sakinləri də sevinclə qarşılayıb.

Hazırda Lənkəranda Haftoni kənd, Nərimanabad qəsəbə və Viravul kənd 2 nömrəli tam orta məktəbləri üçün tikilən binalarda son tamamlama işləri görülür.

Bununla yanaşı, bu günlərdə söküntü işləri gedən 7 nömrəli və Zövlə kənd tam orta məktəbində də əsaslı təmir-bərpa işlərinə start verilib. Binaların yeni tədris ilində istifadəyə verilməsi planlaşdırılır.


скачать dle 11.3
Mojo.az Banner