Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

35 nömrəli məktəb niyə sökülür? - FOTO

02.08.2021 23:13 801
35 nömrəli məktəb niyə sökülür? - FOTO
"Bakının Nəsimi rayonu, R. Axundov 27 ünvanında yerləşən 35 nömrəli məktəb sökülür. Artıq əraziyə texnika cəlb olunub, təhsil müəssisəsinin bir hissəsi sökülüb. Məktəbin yerində çoxmərtəbəli yaşayış binasının tikiləcəyi deyilir".

Median.Az
xəbər verir ki, bununla bağlı "qafqazinfo"ya həmin ünvanda yaşayan sakinlər müraciət ediblər. Sakinlərin iddiasına görə, ərazi hansısa tikinti şirkətinə satılıb.

Qeyd olunan problemi araşdırmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. İdarədən məktəbin söküntüsü təsdiqlənsə də, yerində göydələn deyil, yeni məktəb binasının tikiləcəyi bildirildi:

"Prezidentin 2020-ci il 5 may tarixli sərəncamına əsasən, Bakı şəhərindəki 35 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülməsi və yeni korpusun tikilməsi nəzərdə tutulur. Məktəbin yenidən inşa olunaraq 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır".

Məlumatda qeyd olunur ki, 840 şagird yerlik müasir tələblərə cavab verən təhsil müəssisəsində yeni akt zalı yaradılacaq, yeməkxana və kitabxananın ərazisi genişləndiriləcək, sinif otaqlarının sayı artırılacaq.

Qeyd ki, 35 nömrəli məktəb 1931-ci ildə inşa olunub. 800 şagird yerlik təhsil müəssisəsi 2011-ci ildə əsaslı təmir olunaraq istifadəyə verilsə də, sonradan məktəbin dəhlizlərində və bir sıra sinif otaqlarında təhlükəli çatlar yaranıb, zirzəmisinin dəmir-betondan olan mərtəbəarası örtüyündə beton mühafizə qatlarının aşınması müşahidə olunub. Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədris müvəqqəti olaraq digər məktəbdə həyata keçirilib.
скачать dle 11.3
Mojo.az Banner