Mojo.az Banner
19:52 İranda 550 saatdan çoxdur internet tam kəsilib  |     19:41 "İsrail bundan çox məmnun qalacaq" - Tramp  |     19:32 Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO  |     19:21 Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq  |     19:15 İran İsrail HHQ-nin "Təl-Nof" bazasına zərbələr endirib  |     19:07 KİV: Zidan Fransa yığmasına başçılıq etmək üçün şifahi razılıq əldə edib  |     19:00 "Kiyev təslim olsun, müharibə bitsin" - Zaxarova  |     18:50 Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq  |     18:38 Osimhen futbol klubu alır  |     18:32 "Tamaşaçılar bizim zövqümüzü korlayır"  |     18:28 Yer tarazlığını itirib: Alimlər təhlükəli xəbərdarlıq etdi  |     18:26 Bu şəxslər İranla danışıqlar aparıblar  |     18:13 İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı  |     17:58 İtkin düşən 5 nəfər tapıldı  |     17:49 Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?  |     17:39 "OnlyFans"ın sahibi 43 yaşında öldü  |     17:11 Azərbaycan ərazisindən keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək  |     16:59 Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi  |     16:42 Azərbaycan klubu səfərə getməyə pul tapmır  |     16:37 Seyfəddin Dəmirlini aldadıb 400 min almaq istəyiblər - FOTO  |    
Left Banner
Right Banner

Azərbaycanda silahlı narkotacir polisə atəş açdı - FOTO

03.08.2020 11:34 3 063
Azərbaycanda silahlı narkotacir polisə atəş açdı - FOTO
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar.

Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb.

Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub. Hadisənin baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.






скачать dle 11.3
Mojo.az Banner