22:58 Putindən nüvə sınaqları ilə bağlı TAPŞIRIQ  |     22:52 Gürcüstanda azərbaycanlı gənclər döyüldü– VİDEO  |     22:45 İslamabadda mərkəzi binada Zəfər Günü münasibətilə Azərbaycan bayrağı proyeksiya olunub  |     22:38 Gəncədə 19 yaşlı oğlan ölüb  |     22:30 Leyla və Arzu Əliyeva şəhid anaları ilə görüşdülər - FOTOLAR  |     22:26 “Qarabağ”dan cavab qolu  |     22:24 30-a yaxın əməliyyat keçirən braziliyalı "Barbi gəlinciyi" yataqda ölü tapıldı  |     22:15 Anar: "Erməni yazıçılar istəsə, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam"  |     22:08 Bağışladığı orqanları ölümündən sonra 100 nəfəri xilas etdi  |     22:01 Bakıda daha bir sosial ev dələduzluğu  |     21:56 Buzlar əridi, güc balansı dəyişdi: Ən sülhsevər ölkə 156 il sonra ordu qurur?  |     21:50 Masallıda silsilə oğurluqlar edən şəxs saxlanıldı  |     21:45 Marketdən siqaret və içki oğurlayan keçmiş məhkum saxlanıldı  |     21:28 Yeni piyada keçidinin inşası davam etdirilir - Video  |     21:23 Alpinistlər qar uçqunu altında qaldılar - Meyitləri axtarılır  |     21:16 Gəncədə iki avtomobil toqquşdu  |     21:10 "Çelsi"dən Bakı paylaşımı - Video  |     21:02 Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb  |     20:57 Bu gün Super Ay hadisəsi müşahidə olunur  |     20:50 Azərbaycanda ov qaydalarını pozan əcnəbilər saxlanılıb  |    

Bakıda mədən ərazisini zəbt edən maklerlər mühafizəçilərə hücum etdilər - FOTO

Qurban bayramı ilə əlaqədar qeyri-iş günü olmasını fürsət bilən bir qrup şəxs neft sənayesinə məxsus torpaqları zəbt edərək, qanunsuz tikinti işləri aparmağa cəhd edib.

Report xəbər verir ki, belə faktlara xüsusilə Bayıl - 20-ci yaşayış sahəsində tez-tez rast gəlinir.

İyulun 31-i “Bibiheybətneft” Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) 3 saylı mədən ərazisində 3 366 saylı işlək neft quyusunun təqribən 40 metrliyində maklerlər Arif və Ruslan Zeynalovların tikintiyə hazırlıq işləri gördüyü mühafizəçilər tərəfindən aşkarlanıb. Onlara neft quyusuna minimum 300 metr məsafədə şəxsi tikinti işlərinin aparılmasının qanunla qadağan edildiyi izah olunub. Lakin onlar xəbərdarlıqlara məhəl qoymayaraq, bu gün də (01.08.2020) oğurladıqları torpaq sahəsində tikinti işlərini davam etdiriblər.

Mühafizəçilər tikintinin qarşısını almağa çalışarkən Arif və Ruslan Zeynalovlar onlara qarşı təhqiredici sözlər, nalayiq ifadələr işlədiblər. Maklerlərin ətrafına topladığı şəxslər də öz vəzifəsini icra edən “Etalon Security” MMC-nin əməkdaşlarına hücum ediblər. Yaranan qarşıdurma nəticəsində mühafizəçi Mətin Məmmədov zədələr alıb və uniforması cırılıb. Mühafizə komandasının rəis müavini Azər Osmanov isə ciddi xəsarət alıb, səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Aldığı xəsarətlərə görə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat verilib və ekspertizaya müraciət olunub.

Araşdırmalar onu göstərir ki, Bayıl - 20-ci yaşayış sahəsində mədən ərazilərini zəbt edən qruplaşmaya özünü “Sizin media” qəzetinin təsisiçisi kimi təqdim edən, jurnalist adı altında maklerliklə məşğul olan Rövşən Şirəliyev dayanır. Onun qanunsuz əməlləri haqqında mətbuatda geniş araşdırmalar dərc olunub.

Elə Arif və Ruslan Zeynalovlar da Rövşən Şirəliyevin dəstəsinin üzvləridir. Belə ki, Ruslan Zeynalov da “Sizin media” qəzetinin vəsiqəsini daşıyır.

Qeyd edək ki, “Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində qanunsuz, özbaşına tikinti işləri baş alıb gedir. Artıq bu ərazilər mədən sahəsini yox, yaşayış massivini xatırladır. Ərazidəki acınacaqlı vəziyyətin dəfələrlə ictimailəşdirilməsinə, mühafizəçilərin bütün cəhdlərinə baxmayaraq qanunsuz tikintinin qarşısını almaq mümkün olmur. Doğrudanmı hüquq mühafizə orqanları 3-5 dələduzun öhdəsindən gələ bilmir?







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 169 01.08.20 20:43