Mojo.az — elanlar
Son Xəbərlər
20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

FHN Xəzər rayonunda qanunsuz tikililəri söküb

03.04.2024 14:06 996
FHN Xəzər rayonunda qanunsuz tikililəri söküb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Xəzər rayonu ərazisində qanunsuz tikililəri söküb.

“Report” xəbər verir ki, söküntü işləri rayonun Zirə və Şüvəlan qəsəbələrində tikintiyə icazə sənədləri olmayan kənd təssərrüfatı, eləcə də yaşayış təyinatlı tikililərdə aparılıb.

Məlumata görə, qanunsuz zəbt edilən ərazilərdə bir neçə dəfə söküntü işləri aparılsa da, yenidən tikinti işləri həyata keçirilib.

FHN-in Tikintidə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin İnzibati Xətalar, Tikintiyə Nəzarət sektorunun müdiri Kərim Ağayev bildirib ki, tikintidə dövlət nəzarəti dayandırma və söküntü qaydaları birbaşa FHN-in səlahiyyətindədir. Prezidentin fərmanına əsasən, qanunsuz tikintiyə qarşı mübarizə istiqamətində Şəhərsalma və Arxitektura Komitəsi, icra hakimiyyətləri və polis qanunsuz tikililərə qarşı reydlər keçirir.

“Hazırda Xəzər rayonunun Zirə qəsəbəsində qanunsuz tikilinin sökülməsi ilə bağlı verilən qərarın icrasını həyata keçiririk. Avqust ayında tikilinin sökülməsinə qərar verilib. Bir neçə dəfə sökülsə də, sahibkar yenidən tikinti işlərini aparmağa cəhd edib. Torpaq kənd təssərrüfatı təyinatlıdır. Tikintiyə icazə sənədi yoxdur. Təxminən 6-7 hektarlıq ərazidə qanunsuz tikinti işləri aparılıb. Söküntü işləri davam etdiriləcək”, - deyə o bildirib.

Son xəbərlər