Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbs edilən dələduz makler barədə yeni təfərrüat: Neft ərazisini İran vətəndaşına satıb - FOTO

05.05.2021 14:03 981
Həbs edilən dələduz makler barədə yeni təfərrüat: Neft ərazisini İran vətəndaşına satıb - FOTO
Neft sənayesinə aid torpaqları özbaşına zəbt edib satdığına görə həbs edilən vasitəçi (makler) Azər Cəbrayılovun qanunsuz əməlləri barədə yeni məlumatlar üzə çıxıb.

Maştağa və Buzovnada SOCAR-a məxsus torpaqları zəbt edib, tikinti işləri aparması ilə gündəmə gələn Azər Cəbrayılov neft quyularının yaxınlığında qanunsuz tikdiyi evləri daha sonra müxtəlif şəxslərə satıb. Azər Cəbrayılov 2020-ci ildə əlbir olduğu şəxslərlə birlikdə saxta sənədlər hazırlayaraq H.Z.Tağıyev adına neft-qaz çıxarma idarəsinin (NQÇİ) 3 saylı mədən ərazisinin bir hissəsini zəbt edib İran İslam Respublikası vətəndaşı Cavad Şalğuniyə satıb.

Ərazidə tikinti aparıldığını aşkarlayan mühafizəçilər Cavad Şalğuniyə mədən ərazisində görülən işlərin qanunsuz olması barədə ətraflı məlumat verib və tikinti işlərinin dayandırılmasını tələb edib. Cavad Şalğuni isə tikinti üçün lazım olan “icazənin” alındığını bildirib və torpaq sahəsinin sənədlərini təqdim edib. Lakin məlum olub ki, ona verilən sənədlər düzgün deyil. Belə ki, tikinti aparılan sahə Xəzər rayonunun ərazisi olduğu halda, sənəddə Sabunçu rayonun ərazisindən bəhs olunur. Bundan başqa, Torpaq Məcəlləsinə görə, əcnəbilər Azərbaycanda torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər, mülkiyyətçi ola bilməzlər.

Mühafizəçilər qanunsuz tikintini sökmək istəyərkən Azər Cəbrayılov ətrafına topladığı şəxslərlə birlikdə onlara hücum çəkib.

Cavad Şalğuni Azər Cəbrayılovun zəbt edib satdığı neft ərazisində daha sonra elə onun özünün himayədarlığı ilə gecəqondu tikməyə müvəffəq olub. Hazırda isə həmin iki otaqlı ev satışa çıxarılıb.

Əldə etdiyimiz məlumatlara əsasən, Azər Cəbrayılov 2005-ci ildən Maştağa və Buzovnada mədən ərazilərini zəbt edib satmaqla məşğuldur. O bu ərazilərdə indiyə kimi qanunsuz olaraq 100-dən çox ev tikərək satıb. Təkcə Maştağanın Çiləgər adlanan ərazisində “Bakı kafesi”nin arxasında bir küçədə neft sənayesinə aid torpaqlarda təxminən 13 ev inşa etdirib. Bu ərazilərdə elə yer var ki, Azər Cəbrayılov bir dalanda 25 ev tikib. Qanuna əsasən neft quyularından minimum 300 metr məsafədə heç bir şəxsi tikinti işi aparmaq olmaz, amma 1224 saylı neft quyusunun 30-35 metrliyində Azər Cəbrayılov üç ev tikərək satıb. Hazırda da bir neçə ev və boş torpaq sahəsi mövcuddur ki, satmaq məqsədilə divarlarına telefon nömrələri yazılıb.скачать dle 11.3
Mojo.az Banner