Mojo.az Banner
21:55 Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb  |     21:30 SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar öncədən satılır? - VİDEO  |     21:19 AZAL-a dəymiş zərər Rusiya tərəfindən kompensasiya ediləcək  |     21:06 Sevgi həyatında böyük dönüş yaşayacaq bürclər  |     21:00 Eyfel Qülləsinin pilləkəni rekord qiymətə satıldı  |     20:50 Aida Quliyeva vəfat etdi  |     20:42 Cəbrayılda illik iki milyon ağac tingi yetişdiriləcək  |     20:36 Bu 5 bürcün bütün işləri yağ kimi gedəcək  |     20:30 Azərbaycanda meşələrə dronlar nəzarət edəcək  |     20:22 Rusiya-Ukrayna münaqişəsində azərbaycanlı həlak oldu  |     20:15 Tramp İranla müharibəni yenidən başlatmaq barədə qərarını sabah açıqlayacaq  |     20:07 Ucarda yol qəzasında sürücü ölüb - FOTO  |     20:00 Final biletləri 30 min dollara qədər yüksəlib  |     19:50 Ayxan Abbasov vəzifəsindən ayrıldı  |     19:37 "Formula-1" əfsanəsinin EVİNƏ BASQIN EDİLİB - Başından xəsarət alıb  |     19:30 "Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı  |     19:22 Türkiyədə bələdiyyə sədri güllələndi  |     19:17 Lənkəranda ağır avtoqəza: Ölən var  |     19:11 Vilyam Hacıyevin lüks avtomobillərinin HƏRRAC TARİXİ bilindi  |     19:04 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ  |    
Left Banner
Right Banner

İlham Əliyev Nursultan Nazarbayevə zəng edib

31.07.2020 14:35 2 899
İlham Əliyev Nursultan Nazarbayevə zəng edib
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

Prezident İlham Əliyev Nursultan Nazarbayevi və qardaş Qazaxıstan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Nursultan Nazarbayevə möhkəm cansağlığı, Qazaxıstan xalqına firavanlıq arzulayıb.

Prezident İlham Əliyev Qazaxıstanın Nursultan Nazarbayevin rəhbərliyi altında böyük uğurlar qazandığını, şərəfli tarixi yol keçdiyini qeyd edib, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafında onun böyük rol oynadığını bildirib.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Nursultan Nazarbayev öz növbəsində dövlətimizin başçısına və xalqımıza ən xoş bayram arzularını çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələrlə bağlı Nursultan Nazarbayevin fəxri sədr olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycana dəstək ifadə edən bəyanatını yüksək qiymətləndirib, bunu türkdilli dövlətlərin bir-birinə qarşılıqlı dəstəyinin növbəti təzahürü kimi dəyərləndirib. Dövlətimizin başçısı bir daha türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevə möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.скачать dle 11.3
Mojo.az Banner