Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Təmirinə yeddi milyon manat ayrılan yol hələ də yararsız vəziyyətdədir - VİDEO

22.07.2020 12:07 2 539
Təmirinə yeddi milyon manat ayrılan yol hələ də yararsız vəziyyətdədir - VİDEO
Xırdalanda yol problemi bitmək bilmir. Hətta bəzi küçələrdə yol infrastrukturunun bərpası üçün ötən il Prezident İlham Əliyev külli miqdarda vəsait də ayırıb. Amma hazırda həmin ərazilərdə kələ-kötür yollardan başqa gözə çarpan nəsə yoxdur. Elə sakinlər də illərdir həll olunmayan yol problemlərindən bezib.

Baku TV xəbər verir ki, yolların bu vəziyyətdə olması sürücüləri də narahat edir.

Onlar deyir ki, kələ-kötür yollar səbəbindən avtomobillərin ehtiyat hissələri tez-tez sıradan çıxır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildiriblər ki, həmin ərazilərdə hazırda təmir işləri aparılır. Lakin bütün küçələrin tam bərpasının başa çatdırılması ilin sonuna qədər çəkəcək.

“Xırdalan şəhərində 5,1 km uzunluğu olan H.Əliyev küçəsinin və 5,4 km uzunluğunda Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin təmiri nəzərdə tutulurdu. Nizami və Qalubiyyə küçələrində təmir yekunlaşıb. H.Z Tağıyev və S.Bəhlulzadə küçələri də ilin sonuna qədər təmir olunacaq”, - deyə AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Xırdalan şəhərində yol infrastrukturunun bərpası üçün ümumilikdə 6,9 milyon manat vəsait ayırıb. Amma ayrılan vəsaitlərə rəğmən, Xırdalan şəhərində bir çox daxili yollar, o cümlədən elə aşağıdakı süjetdə işıqlandırılan H.Z.Tağıyev küçəsi təmirsiz qalıb.

Son xəbərlər