Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Agentlik rəsmisi: Qəsəbədaxili küçələrin vəziyyəti ilə icra strukturları maraqlanmalıdır

03.02.2020 13:42 2 764
Agentlik rəsmisi: Qəsəbədaxili küçələrin vəziyyəti ilə icra strukturları maraqlanmalıdır
Ceyranbatan qəsəbəsində daxili yollar və küçələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında deyil. Həmin yolların nə üçün bərbad vəziyyətdə olması, təmir olunmaması sırf yerli icra strukturlarına aid məsələdir.

Bunu Oxu.Az-a açıqlamasında AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Qarabağ şəhidi Əvəz Paşayevin adını daşıyan küçənin bərbad vəziyyətdə olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dövlət başçısı respublika ərazisində yolların yüksək səviyyədə təmiri ilə bağlı imzaladığı sərəncamlarda qəsəbədaxili yollara daha çox diqqət ayrılmalı olduğunu da vurğulayıb:

“Artıq uzun illərdir vətəndaşlar tərəfindən qəsəbədaxili yollarda, küçələrdə olan problemlərlə bağlı narazılıqlar var. Qəsəbədaxili yolların təmirə ehtiyacı var. Lakin bu məsələyə birmənalı olaraq, yerli icra strukturları baxır.

Bildiyiniz kimi, yanvar ayının 9-da dövlət başçısı Abşeron rayonu ərazisinə düşən avtomobil yollarının tikintisi və yenidən qurulması üçün sərəncam imzaladı.

Sərəncama görə, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 19,7 milyon vəsait ayrılıb. Həmin sərəncama əsasən artıq işlərə başlanılıb”.

A.Nəcəfli 2023-cü ilə qədər respublika ərazisində təmirsiz yolların qalmayacağını da bildirib:

“Artıq Ceyranbatan qəsəbəsində H.Əliyev küçəsinin təmirinə başlanılıb. Amma bu, o demək deyil ki, bu işlər tək bir küçənin təmiri ilə yekunlaşacaq. Paralel olaraq, Mehdiabad, Saray qəsəbələrində də yollarda təmir işlərinə başlanılıb.

Qarşıda investisiya proqramına daxil olan başqa yolların da təmiri gözlənilir. 2023-cü il də daxil olmaqla investisiya proqramı çərçivəsində qarşıya qoyduğumuz məqsədə uyğun olaraq, respublika ərazisində təmirsiz nə bir küçə, nə də yol qalmayacaq”.скачать dle 11.3

Son xəbərlər