13:20 DTX tərəfindən saxlanılan icra başçısının köməkçisi DANIŞDI  |     12:56 Kiberpolis onlayn yolla zərərli kompüter proqramları satan hakeri ifşa etdi - Video  |     12:50 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilir  |     12:48 Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb (Yenilənib)  |     12:31 Türkiyədən Azərbaycana gətirilən energetik içkilərdəki maddə orqanizmdə ciddi fəsadlara səbəb ola bilər  |     12:11 "OpenAI"dən iddialı hədəf: Şirkət dəyərini 1 trilyon dollara çatdıracaq  |     12:07 Balıkesirdə yenə zəlzələ oldu  |     12:06 Naxçıvanda insanları Bakıdan avtomobil gətirmək vədi ilə aldadan şəxs SAXLANILDI - Video  |     11:53 "Moskva" univermağında hansı qanunsuz işlər aparılıb? - AÇIQLAMA  |     11:47 Bakıda tanınmış müğənninin faciəli ölümünün TƏFƏRRÜATI (Yenilənib)  |     11:37 Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlayıb  |     11:22 Respublika Klinik Uroloji Xəstəxanasının direktoru işdən çıxdı  |     11:16 Xaçmazda qadın öldürüldü - 17 yaşlı oğlu saxlanıldı  |     11:07 Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı  |     22:59 Arzu Əliyeva Qax rayonundan paylaşım edib  |     22:53 Kimlər məktəb direktoru ola biləcək? - Yeni qaydalar  |     22:45 NATO ölkələri ilk zərbə ilə Moskvanı yer üzündən silə bilər — Svitan  |     22:37 İslam Rzayev yüksək vəzifəli məmurun dayısı imiş  |     22:30 3 gün vaxt verildi - SÖKÜLƏCƏK  |     22:22 Balakənin deputatı icra başçısının həbsi haqqında DANIŞDI  |    

İqtisadiyyat Nazirliyindən icazələrin aktivləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr üzrə hüquqi və fiziki şəxslərin müraciətləri əsasında icazələrin aktivləşdirilməsi davam edir.

Dövlət Vergi Xidmətinə daxil olan müraciətlər təxirə salınmadan araşdırılır və əsaslı müraciətlər üzrə vergi ödəyicilərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməsinin mümkünlüyü barədə məlumat dərhal Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”ə) göndərilir.

Aparılmış araşdırmalar nəticəsində əvvəllər icazəsi olmuş, sonradan isə icazələrin verilməsi məhdudlaşdırılmış bir sıra hüquqi və fiziki şəxslərin müraciətləri əsasında onların vergi orqanlarının məlumat bazasında olan fəaliyyət istiqamətləri və təsnifat kodları ilə bağlı məlumatları yenidən dəqiqləşdirilib, uçot baza məlumatları yenidən işlənib, belə işəgötürənlərin və əlavə fəaliyyət istiqamətləri icazə verilən sahələrə daxil olan bir sıra hüquqi və fiziki şəxslərin işçilərinin sayına uyğun olaraq yol verilən limitlər çərçivəsində icazələrin aktivləşdirilməsi həyata keçirilib.

Bununla əlaqədar, hüquqi və fiziki şəxslərdən “icaze.e-gov.az” portalında icazələrinin aktivləşdirilməsini yenidən yoxlaması tövsiyə olunur.

Xüsusi karantin rejimi tətbiq edilən dövrdə fəaliyyətinə icazə verilən, lakin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçə bilməyən sahibkarlıq subyektləri onlayn kargüzarlıq vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, hüquqi və fiziki şəxslərə icazələr Nazirlər Kabinetinın qəbul etdiyi müvafiq qərara əsasən fəaliyyətinə icazə verilən sahələr üzrə aktivləşdirilir, yeni icazələrin alınması ilə bağlı yaranan məsələlərin həlli real vaxt rejimində aparılır və hazırda sistemin aktiv fəaliyyətinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə iş aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 148 07.07.20 11:41