Mojo.az Banner
19:55 Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa edildi  |     19:50 Nərimanovda oğurluq edənlər saxlanılıblar  |     19:42 Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi  |     19:37 Qanunsuz saxlanılan silahlar aşkarlandı  |     19:30 Britaniyada təhlükəli virus yayılıb  |     19:24 Anatoli Kaşpirovski vəfat etdi  |     19:15 Bazar günü dolu düşəcək, qar yağacaq  |     19:10 Polis bir gündə 57 nəfəri saxladı  |     19:03 Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO  |     18:58 Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri müəyyənləşdi  |     18:40 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?  |     18:30 Bakıda vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs tutuldu  |     18:29 "Fənərbağça" və "Turan Tovuz"un nümayəndələri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər  |     18:28 Bakı metrosunda halı pisləşən kişi öldü  |     18:26 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video  |     18:25 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi  |     18:22 Bir neçə yolda sürət həddi endirildi  |     18:20 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu  |     18:18 Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı  |     18:16 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var  |    
Mojo.az Avto
Mojo.az Avto

Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ

25.06.2020 22:19 1 050
Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sərt karantin tətbiq edilən şəhər və rayonlarda fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin işə çıxmasına icazə verilməsi ilə bağlı müraciət edib.

Dövlət Agentliyindən bildirilib ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Qeyd olunub ki, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır:

“Fəaliyyətinə icazə verilən təşkilatlardan əməkdaşlarının icazələrini icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik.

Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa, avtomatik olaraq ləğv ediləcək”.
скачать dle 11.3
Mojo.az Banner