Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Yas mərasimləri bu qaydalar çərçivəsində keçirilməlidir - Komitə sədri

16.06.2020 23:46 1 645
Yas mərasimləri bu qaydalar çərçivəsində keçirilməlidir - Komitə sədri
Rayonlarda vətəndaşlar koronavirusun yayılması təhlükəsinə diqqət yetirməyərək yas mərasimlərində kütləvi toplaşma hallarına yol veriblər.

Median.Az
bildirir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bununla bağlı məlumatlar toplanılıb: "Biz bununla bağlı məlumatları toplamışıq, Qafqaz Müsəlmanları İdarəsi yerlərdə olan bütün səlahiyyətli nümayəndələrini xəbərdar edib ki, yerlərdə dəfn mərasimlərini imamlar idarə etsinlər, yəni imamlar vəfat etmiş insanın yaxınları ilə birlikdə dəfnin islami qaydalara uyğun təşkilində iştirak edib bütün dini ayinləri orada icra etsinlər, lakin sonradan ehsan vermək məqsədilə kütləvi toplaşmalar olacaqsa, həmin toplaşmanın məqsədəuyğun olmadığı vətəndaşların diqqətinə çatdırılsın və imamlar heç bir halda həmin toplantılarda iştirak etməsin.

Bizim komitənin yerlərdə olan əməkdaşları da bu istiqamətdə izahat işini gücləndiriblər. Biz adət-ənənələrimizi qoruyuruq, lakin bu virusla bağlı kütləvi toplaşmaların insanlar üçün nə qədər böyük təhlükə törətdiyini başa düşərək yas mərasimləri məhdudlaşdırılmalı, ehsan mərasimləri dayandırılmalıdır və bu cür toplaşmalara yol verilməməlidir. Biz bununla bağlı tövsiyələr vermişik və yerli qurumlar da bu halların baş verməməsi üçün əllərindən gələni edirlər. Bir daha vətəndaşlarımıza çağırış edirik ki, bu cür mərasimlərə yol verməsinlər. Virus təhlükəsi davam edir və biz Nazirlər Kabineti yanında Operativ Qərərgahın bütün təlimatlarını yerinə yetirməliyik".

Son xəbərlər