16:15 Azərbaycanda ödəniş kartlarının sayı 13 faiz artıb  |     16:13 ABŞ-li reper P.Diddi vaxtından əvvəl azadlığa buraxıla bilər  |     16:09 Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTO  |     15:57 Tiktoker "Beniz"ə ittiham elan olunub  |     14:22 Monteneqroda həbs olunan azərbaycanlının kimliyi məlum oldu  |     14:16 Bu tarixdə qar yağacaq - XƏBƏRDARLIQ  |     13:49 Gəncədə dəm qazından zəhərlənən tələbələrin SON VƏZİYYƏTİ  |     13:38 Şirkətin 57,4 min manatını mənimsəyən satıcı-anbardar azadlığa buraxıldı  |     13:33 Büdcədən icbari tibbi sığorta fonduna ayrılan vəsaitin azalmasının səbəbi açıqlandı  |     13:28 Fransaya casusluqda ittiham olunan şəxslərin məhkəməsində şahid ifadələrində MARAQLI MƏQAMLAR  |     13:14 Məktəblini yumruqla vuraraq öldürən şəxs: "Dava qız söhbətinə görə idi"  |     13:10 Qazaxıstanda terror aktının qarşısı alındı  |     13:10 Tanışlarını döyərək bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı  |     13:09 Rumıniya Senatının sədri Azərbaycana gəlib - FOTO  |     13:08 Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib - FOTO  |     13:07 Xətaidə 46 yaşlı kişi bıçaqlanıb  |     13:05 Azərbaycan neftinin qiyməti azalıb  |     13:03 Kamçatka sahillərində güclü zəlzələ baş verib  |     13:02 Bu il Azərbaycanda restoranların dövriyyəsi 13 faiz artıb  |     13:01 6,1 ballıq zəlzələdən sonra Balıkesirdə 100-dən çox afterşok qeydə alınıb  |    

BŞİH: Paytaxtdakı çimərliklər yay mövsümünə hazırdır

Yayın ilk günlərindən paytaxtdakı çimərliklərdə mövsümə hazırlıqla bağlı son işlərə yekun vurulub. Çimərliklərdə lazımi təmizlik-abadlıq işləri görülüb, karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən bildirilib.

Belə ki, keçən il paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılmışdı.

İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazisində, daha sonra isə Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində təşkil edilmişdir. Qeyd edilən hər bir qəsəbədə əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırılmış, futbol və voleybol meydançaları yaradılmış, dəniz kənarına uzanan yola asfalt çəkilib və hər bir ərazidə avtomobil dayanacağı yaradılıb.

"Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri, qoruyucu maskaların atılması üçün qutular quraşdırılıb, əlavə işlər görülüb.

Qeyd olunmalıdır ki, İDEA İctimai Birliyi tərəfindən yaradılan bu ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərir.

Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılmış, sərinləşdirici içkilər və müxtəlif ərzaq məhsulları təklif edən köşklər quraşdırılmışdır.


Karantin şəraiti nəzərə alınaraq hər bir çimərlikdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət edilməsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir.

Eyni zamanda paytaxtın sahilyanı qəsəbələrində fəaliyyət göstərən özəl və digər çimərlik və istirahət mərkəzlərində də karantin şəraitinin tələbləri nəzərə alınmaqla mövsümə hazırlıqla bağlı müvafiq hazırlıq işlər görülüb. Aidiyyəti qurumlar tərəfindən bütün çimərliklərdə dəniz suyunun təmizliyinin yoxlanılması üçün bir neçə dəfə laborator nümunələr götürülüb, həmçinin digər məsələlərlə bağlı monitorinqlər keçirilib", - BŞİH-in məlumatında əlavə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 510 12.06.20 17:00