Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü |
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusa qarşı effektli dərmanın faydasız olduğu sübut edildi

05.06.2020 11:58 1 571
Koronavirusa qarşı effektli dərmanın faydasız olduğu sübut edildi
Hidroksixloroxin COVID-19-un sonrakı profilaktikasında təsir göstərməyib.

Bu barədə təcrübənin nəticələri “New England Medicine Journal”da dərc edilib.

ABŞ-da Minnesota Universitetinin alimləri koronavirus xəstələri ilə 10 dəqiqə və ya daha uzun müddət əlaqə saxlayan 821 xəstənin iştirak etdiyi təcrübəyə əsasən araşdırma aparıblar. Onların 719 nəfərinin qoruyucu maskalar və əlcəklərdən istifadə etmədikləri üçün “yüksək risk” altında olduğu güman edilir. Tədqiqatın bütün iştirakçılarına təsadüfi qayda ilə - hidroksixloroxin və ya plasebo - müalicəvi faydası olmayan maddə verilib.

Məlum olub ki, məşhur dərmanı qəbul edən 414 nəfərdən 49-u koronavirus xəstəliyinə yoluxub. Plasebo qrupunda 407 xəstədən 58-nə COVID-19 diaqnozu qoyulub. Hidroksixloroxin qəbul edənlər arasında koronavirusa yoluxanların nisbəti plasebo qəbul edən tədqiqat iştirakçılarının 14,25 faizinə qarşı 11,83 faiz təşkil edib. Bu dərman və plasebo ilə qrupdakı yan təsirlər müvafiq olaraq 40,1 və 18,6 faiz təşkil edib. Lakin hər iki qrupda ciddi nəticələr əldə edilməyib. Beləliklə, alimlər hidroksixloroxinin xəstəliyin qarşısının alınmasında faydasız olduğunu sübut ediblər.

Son xəbərlər