Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? |
Mojo.az Avto
Mojo.az Avto

DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA

04.06.2020 23:05 1 403
DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilməklə iyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək vətəndaşların yaşayış yerini və olduğu yeri tərk etməsi qadağan olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bununla əlaqədar həmin şəhər və rayonların sakinlərindən xahiş olunur ki, yaxın qohumun (valideynin, ərin, arvadın, övladın, qardaşın, bacının, babanın, nənənin, nəvənin, qaynatanın, qaynananın) dəfnində iştirak etməyə icazə almaq üçün Daxili İşlər Nazirliyinin 590 - 80 - 20 “qaynar xətt” nömrəsinə, yaxud “102” Xidmətinə müraciət edilsin.

İyunun 6-dan etibarən 8 iyun tarixinədək qəbul ediləcək müraciətlərə qısa müddətdə baxılaraq hər biri cavablandırılacaq.

Yaxın qohumluq əlaqələri təsdiqlənəcəyi halda icazə verilmiş şəxs barədə məlumat polisin patrul naryadları tərəfindən və postlarında nəzərə alınacaq.

Son xəbərlər