Mojo.az Banner
20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda icazəsiz küçəyə çıxan sürücülər saxlanıldı - RƏSMİ

06.06.2020 17:29 3 818
Bakıda icazəsiz küçəyə çıxan sürücülər saxlanıldı - RƏSMİ
“Sərt karantin rejimi qüvvəyə mindiyi vaxtdan etibarən karantin qaydalarını pozan nəqliyyat vasitələri müəyyən olunub”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, respublika ərazisində icazəsiz hərəkət edən avtomobillər müəyyən olunaraq, qanunvericilik normaları əsasında məsuliyyətə cəlb ediliblər:

“Sərt karantin rejimi ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun polis naryadları gücləndirilmiş iş rejimində çalışır. İki günlük küçəyə çıxmaqla bağlı karantin rejiminin tələblərinin pozulması ilə yanaşı, sözügedən ərazilərdə giriş-çıxış postlarından keçməyə cəhd edən nəqliyyat vasitələri də aşkarlanıb.

Həmin nəqliyyat vasitələri polis naryadları tərəfindən geri qaytarılıb. Karantin rejiminin tələblərini pozan hərəkət iştirakçıları ilə bağlı növbəti gün ərzində yekun məlumat veriləcək”.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.скачать dle 11.3
Mojo.az Banner