Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR

02.06.2020 22:30 1 726
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına Milli Məclis tərəfindən yeni üzvlər təyin olunacaq.

Median.Az
xəbər verir ki, deputatlardan parlament sədrinin müavini Adil Əliyevin, Əminə Ağazadənin, Elşad Mirbəşiroğlunun, Arzu Nağıyevin Komissiyaya üzv təyin edilməsi gözlənilir. Həmçinin Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də quruma üzv gətiriləcək.

Məsələyə Milli Məclisin iyunun 5-də keçiriləcək iclasında baxılacaq.

Xatırladaq ki, 2004-cü il martın 3-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

Komissiya 15 üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Hazırda Komissiyanın Milli Məclis tərəfindən təyin edilən üzvləri aşağıdakı şəxslərdir: Parlament sədrinin birinci müavini Əli Hüseynli, digər deputatlar Bəxtiyar Əliyev, Ziyafət Əsgərov, Baş nazirin müavini Əli Əhmədov (deputat olarkən təyin olunub) və Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov.//oxu.az

Son xəbərlər