Mojo.az Banner
Son Xəbərlər
22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada siyasi partiya nümayəndələri təmsil oluna bilər

18.05.2020 18:56 1 327
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada siyasi partiya nümayəndələri təmsil oluna bilər
Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının yenidən formalaşdırılmasından danışıb.

“Report”un xəbərinə görə, Əli Hüseynli bildirib ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası hakimiyyətin 3 qolunun nümayəndələrindən ibarətdir: “İcra hakimiyyəti, məhkəmə və qanunverici orqan”.

Onun sözlərinə görə, Komissiyada parlamenti 5 nəfər təmsil edir:

“Bilirəm ki, yenidən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası formalaşdırılır. Hesab edirəm ki, indiki siyasi konfiqurasiyanı nəzərə alıb orada həm də digər siyasi partiya nümayəndələrinin də təmsil olunması əhəmiyyətli olardı”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Komissiyanın rəhbəri Ramiz Mehdiyevdir.скачать dle 11.3

Son xəbərlər